Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələsgərli Müşfiq Məşi oğlu (16 mart 1973, Əsədli, Cəlilabad rayonu) — Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Müşfiq Ələsgərli

  • Ana Səhifə
  • Vikipediya
  • Müşfiq Ələsgərli

Ələsgərli Müşfiq Məşi oğlu (16 mart 1973, Əsədli, Cəlilabad rayonu) — Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Müşfiq Ələsgərli
Doğum tarixi 16 mart 1973(1973-03-16) (52 yaş)
Doğum yeri
  • Əsədli, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı
Azərbaycan Respublikasının əməkdar jurnalisti

Həyatı

1973-cü il mart ayının 16-da Cəlilabad rayonunun Əsədli kəndində anadan olub.

1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2000-ci ildə BDU-nun əyani Aspirantura şöbəsini bitirib.

1997-ci ildən etibarən ölkənin müxtəlif KİV-lərində fəaliyyət göstərib. 1997-ci ildə "Olaylar" İnformasiya Agentliyində şöbə müdiri, 1998–2001-ci illərdə "Bu gün" qəzetində siyasət şöbəsinin redaktoru, 2002–2003-cü illərdə "Cümhuriyyət" qəzetində araşdırmaçı jurnalist vəzifələrində çalışıb. 2005-ci ildə ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan Milli Komitəsinin layihəsi əsasında "Space" TV-də "Nəyi necə?" proqramının redaktoru olub.

1997-ci ildə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təsisçilərindən biri, təşkilat sədrinin müavini vəzifəsində çalışıb. 2003-cü ildən bu günə kimi JuHİ-nin sədridir.

2008 və 2013-cü illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. MŞ sədrinin müavini, MŞ Sosial Komissiyasının sədridir.

Beynəlxalq Jurnalistlər Federasiyasının (www.ifj.org) Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (www.ifex.org) üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il və 3 iyun 2013-cü il tarixli sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

21 iyul 2025-ci ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adı ilə təltif olunub.

Ailəlidir, üç övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, müşfiq ələsgərli sözünün mənası, müşfiq ələsgərli haqqında məlumat. müşfiq ələsgərli nədir? müşfiq ələsgərli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Samir Əsədli

  • Fevral 27, 2026

    Routledge

  • Mart 02, 2026

    Əli ədavətçiliyi

  • Fevral 27, 2026

    Melpomena

  • Mart 01, 2026

    Ülküçülük

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst