Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Samir Şakir oğlu Əsədli (1 iyun 1983, Yardımlı rayonu) — azərbaycanlı siyasətçi, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini, Mərkəzi İcra Aparatının rəhbəri

Samir Əsədli

  • Ana Səhifə
  • Vikipediya
  • Samir Əsədli

Samir Şakir oğlu Əsədli (1 iyun 1983, Yardımlı rayonu) — azərbaycanlı siyasətçi, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini, Mərkəzi İcra Aparatının rəhbəri.

Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini
Vəzifədədir
14 fevral 2021-ci ildən
    SədrSabir Rüstəmxanlı
    ƏvvəlkiVəzifə təsis olunub.
    Şəxsi məlumatlar
    Doğum tarixi 1 iyun 1983(1983-06-01) (42 yaş)
    Doğum yeri
    • Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Vətəndaş Həmrəyliyi Partiyası (2001)
    Təhsili
    • Bakı Dövlət Universiteti (2000–2004)
    Fəaliyyəti siyasətçi
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Samir Şakir oğlu Əsədli 1 iyun 1983-cü ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub. 2000-ci ildə Bakı şəhəri, 180 saylı orta məktəbi, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bitirib. 2004–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələri (Daxili Qoşunlar) sıralarında həqiqi hərbi xidmətdə olub.

    Evlidir. 1 qızı, 3 oğlu var.

    Siyasi və ictimai fəaliyyəti

    2011-ci ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür. 2012-ci ildən İctimai Palatanın və 2013-cü ildən isə Demokratik Qüvvələrin Milli Şurasının üzvü olub.

    2010–2015-ci illərdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mərkəzi Nəzarət Təfriş Komitəsinin sədri olub.

    23 fevral-4 mart 2023-cü il tarixlərində ABŞ Konqresinin dəstəyi ilə Vaşinqton və Little Rock şəhərlərində həyata keçirilən "Gənc liderlər ictimai fəaliyyətdə və idarəçilikdə" proqramı çərçivəsində "Gənc liderlər" kursunu bitirmişdir.

    Partiya fəaliyyəti

    2001-ci ilin iyun ayının 1-dən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olub. 2001-ci ildən VHP Ali Məclisinin, 2003-cü ildən isə Siyasi Şuranın üzvdür.

    2002–2004-cü illərdə VHP Gənclər Təşkilatının sədri, 2005–2007-ci illərdə isə partiya sədrinin gənclərlə iş üzrə müşaviri olub. 2007–2013-cü illərdə VHP Təşkilat Şöbəsinin müdiri olub. 2013-cü ildə Mərkəzi İcra Aparatının rəhbəri təyin olub. Hazırda VHP sədrinin müavini və Mərkəzi İcra Aparatının rəhbəridir.

    Seçkilərdə

    2003-cü ildə Azərbaycan Respublikasinda keçirilən Prezident seçkilərində, prezidentliyə namizəd Sabir Rüstəmxanlının, 2013-cü ildə Azərbaycan Respublikasinda keçirilən Prezident seçkilərində, prezidentliyə Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənlinin ictimai vəkili olub.

    2009–2014-cü ildə Bakı şəhəri Qızıldaş bələdiyyəsinin üzvü, bələdiyyənin sosial məsələlər və ekologiya komissiyasının sədri olub.

    7 noyabr 2010-cu il tarixdə keçirilən parlament seçkilərində 64 saylı Sabirabad ikinci seçki dairəsindən müxalifətin seçki dairəsi üzrə vahid namizədi olub.

    Milli Məclisə seçkilərdə 2015-ci ildə 11 saylı Qaradağ seçki dairəsindən və 2020-ci ildə isə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olub.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Samir Əsədli haqqında məlumat. Samir Əsədli nədir? Samir Əsədli nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Pers (titan)

    • Fevral 23, 2026

      Hənifə Terequlov

    • Fevral 27, 2026

      Yayma (qida)

    • Fevral 27, 2026

      Testament

    • Fevral 27, 2026

      Telepatiya

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst