Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Füzuli Sabiroğlu (tam adı: Elyazov Füzuli Sabir oğlu; 20 noyabr 1964, Kiçik Məzrə, Basarkeçər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan yazıç

Füzuli Sabiroğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Füzuli Sabiroğlu

Füzuli Sabiroğlu (tam adı: Elyazov Füzuli Sabir oğlu; 20 noyabr 1964, Kiçik Məzrə, Basarkeçər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan yazıçısı, şair, ssenari müəllifi, rejissor, baş redaktor.

Füzuli Sabiroğlu
Füzuli Sabir oğlu Elyazov
Doğum tarixi 20 noyabr 1964(1964-11-20) (61 yaş)
Doğum yeri
  • Kiçik Məzrə, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Atası Sabir
Fəaliyyəti ssenari müəllifi
rejissor
baş redaktor
Təhsili
  • Azərbaycan Texniki Universiteti
Üzvlüyü
  • Azərbaycan Kinematoqrafçılar İttifaqı (2023),
  • Azərbaycan Yazıçılar Birliyi (1998)
Mükafatları "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — 2022 "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı
"Humay" mükafatı
sabiroghlu.tk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Füzuli Sabiroğlu 20 noyabr 1964-cü ildə Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib.

Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə "Gənclik" jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur.

1993–1994-cü illərdə Azərbaycan Milli Ordusunun zabiti kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 2003-cü ildə "Sahilsiz Dəniz" jurnalının redaktoru işləyib.

2004-cü ildən 2008-ci ilə qədər "Lider" televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında redaktor işləyib. 2008-ci ildən həmin redaksiyanın baş redaktorudur.

50-dən artıq sənədli televiziya filminin ssenari müəllifi və rejissorudur.

Rəhbərlik etdiyi yaradıcı qrupun hazırladığı "Azərbaycan qalaları" sənədli filmlər silsiləsi 2009-cu ildə "Humay" mükafatına layiq görülüb.

22 dekabr 2022-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

3 fevral 2023-cü ildə "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif olunub.

24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.

Filmoqrafiya

  1. İşığı oğurlanmış ulduz (film, 2004)
  2. Avanqard (film, 2004)
  3. Mənim şəhərimin nağılı (film, 2004)
  4. Uğur yolu (film, 2004)
  5. Yüksəliş (film, 2005)
  6. Seçim anı (film, 2005)
  7. Anda sədaqət (film, 2005)
  8. Şeyx Nizaminin məzarı (film, 2005)
  9. Yağışlı günlərin melodiyaları (film, 2005)
  10. Şeirə köklənmiş ürək (film, 2005)
  11. İkinci Dünya müharibəsi və Azərbaycan (film, 2005)
  12. Azərbaycan Faşızmlə üz-üzə (film, 2005)
  13. Vergi sütunu (film, 2005)
  14. Qanun adından (film, 2005)
  15. Yeni mərhələ (film, 2005)
  16. Uğur və inam (film, 2006)
  17. Məhv edilmiş şəhər (film, 2006)
  18. Qanlı Yanvara aparan yol (film, 2006)
  19. Kosmosdan gələn qonaq (film, 2006)
  20. Kamil Əliyevin sehrli ilmələri (film, 2006)
  21. Fenomen (film, 2006)
  22. İrəli (film, 2006)
  23. Viktor Klayn (film, 2007)
  24. Böyük ömrün 7 anı (film, 2007)
  25. Əziz Əliyev (film, 2007)
  26. Avqust Sazağı (2007)
  27. İrəvan və irəvanlılar (film, 2007)
  28. Təbiətin xilaskarı (film, 2007)
  29. Uğur formulu (film, 2007)
  30. Xalqın Oğlu (2007)
  31. Vətən Bilgisi (2007)
  32. Dirçəliş Yolu (2007)
  33. 7 il sizinlə (film, 2007) (qısametrajlı sənədli film) (layihə rəhbəri)
  34. Böyük Qələbələr İli (2008)
  35. Bir Ömrün Manifesti (2008)
  36. İstiqlalımız (2008)
  37. Bizim Gücümüz (2008)
  38. 21-ci Əsrin Lideri (2008)
  39. Gizlədilmiş Həqiqət (2008)
  40. Nur Dolu Ömür (2008)
  41. Tarixin Yaddaşı (2008)
  42. Azərbaycan qalaları (film, 2008-2010)
  43. Ruhun və Gücün Zəfəri (2009)
  44. Mərdlik Qalası-Laçın (2009)
  45. İntibah (2009)
  46. Qurtuluş Mübarizəsinin Qalibi (2009)
  47. Böyük Yolun Davamçısı (2009)
  48. Rasim Əliyevin Sənət Formulu (2009)
  49. Gözəlliyə Açılan Pəncərə (2009)
  50. Əsrin Möcüzəsi (2009)
  51. Fərqli Dalğa- 107fm (2009)
  52. Akademik Bünyadovun missiyası (film, 2012)
  53. Torpağımız... Tariximiz... Taleyimiz... (film, 2015)
  54. 21-ci əsrin güclü lideri-Azərbaycanın həqiqi müstəqilliyi (film, 2011) (sənədli serial)
  55. Haqq aşığı (film, 2021)
  56. "Sarı gəlin"in sorağında (film, 2023)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, füzuli sabiroğlu sözünün mənası, füzuli sabiroğlu haqqında məlumat. füzuli sabiroğlu nədir? füzuli sabiroğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Hüseyn Cahangirov

  • Fevral 27, 2026

    Qauss üsulu

  • Mart 01, 2026

    Auxer süsəni

  • Fevral 27, 2026

    1880-ci illər

  • Mart 06, 2026

    Qoturbulaq (Biləsuvar)

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst