Şuabul-iman (ərəb. شعب الإيمان) — İslam elmlərində imanın mahiyyətini, tərkib hissələrini və təzahür formalarını izah edən klassik hədis-əqidə əsəridir. Əsərin müəllifi hədis və fiqh alimi Beyhəqidir.
| Şuabul-iman | |
|---|---|
| ərəb. شعب الايمان | |
| Müəllif | Beyhəqi |
| Janr | hədis |
| Orijinalın dili | ərəb dili |
Əsər
Əsərin adını müəllif müqəddimədə qeyd etməmiş, lakin digər əsərlərində "Şuabul-iman" üçün "əl-Cəmi", "Cəmiul-müsənnəf fi şuabil-iman" kimi adlandırmalarla əsərə eyham vurmuşdur. Əsərin məhz "Şuabul-iman" adlandırılması sonradan baş vermişdir. Belə ki, əsərə edilən ixtisarlarda və bioqrafiya mənbələrində əsər "Şuabul-iman" adlandırılmışdır.
Müəllif əsərini 77 hissəyə (bab) böldüyünü qeyd etmişdir. Bu bölmələr imanın mahiyyəti, Allahı sevmə, ata-anaya hörmət, salamlaşma, təharət, namaz, zəkat, oruc, ixlaslı olmaq, töbvə, yaxşılıq etmək, qiybətdən çəkinmək və s. kimi mövzuları ehtiva edirlər.
"Şuabul-iman"ın bir çox kitabxanalarda əlyazmaları mövcuddur. Əsər nəşrləri Hindistanda (Heydərabad: 1986; Mumbay: 1986) həyata keçirilmiş, həmçinin türk dilinə tərcümə edilmişdir.
Həmçinin bax
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şuabul-iman sözünün mənası, şuabul-iman haqqında məlumat. şuabul-iman nədir? şuabul-iman nə deməkdir?