Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cubili (ing. Jubilee) — Marvel Comics tərəfindən yaradılan mutant superqəhrəman. Əsl adı Cubileyşın Lidir.

Cubili (personaj)

  • Ana Səhifə
  • Vikipediya
  • Cubili (personaj)

Cubili (ing. Jubilee) — Marvel Comics tərəfindən yaradılan mutant superqəhrəman. Əsl adı Cubileyşın Lidir.

Cubili
ing. Jubilee
Nəşriyyat Marvel Comics
Yayım tarixi Əsrarəngiz İks-adamlar #244 (may 1989)
Yaradıcı(lar) Kris Kleyrmont
Mark Silversti
Xüsusiyyətlər
Əsl adı Cubileyşın Li
Doğum yeri
  • Beverli-Hillz
Cinsiyyəti qadın[d]
Növü mutant
Vətəndaşlıq
  •  ABŞ
Komiks bioqrafiyası
Üzvlükləri Yeni Döyüşçülər
İks-adamlar
X-Korps
Nəsil X
Partnyorları Şimal porsuğu
Gücləri müxtəlif gücdə enerji plazmaları yaratmaq

Mündəricat

Gücləri

Cubili bir mutant olub müxtəlif gücdə enerji plazmaları yarada bilməkdədir. O, bu plazmaları idarə edə bilər, müxtəlif şəkillərə soxa, hətta istəsə partlada bilər. Bu plazmalar kürə formasında olub partladıqda müxtəlif rəngdə çox parlaq işıq saçdığından baxan insanı müvəqqəti kor edir. Cubilinin bədəni zərər görmədən bu plazmaları uda bilir.

Həyatı

İki zəngin çinlinin qızı olan Cubili Beverly Hillsdə əziyyətsiz böyüdü. Amma daha sonra onların işlərinin pisləşməsi və muzdlu qatillərin valideynlərini qonşuları ilə səhv salıb öldürməsi həyatını tamamilə dəyişdirmişdir. Yetim qalan Cubili Los-Anceles şəhərində yetimxanaya göndərildi. Burada özünü qorumağı və hakimiyyət əleyhdarı olmağı öyrəndi. Ziyalılığı üzündən onu başqa yetimxanaya göndərmək istədilər. Yaşayan tək qohumunun Çində yaşadığından oraya göndərilməkdən qorxan Cubili yetimxanadan qaçdı. Hollivud Ticarət Mərkəzində yaşamağa bir yer tapınca oğurluq edərək dolanmağa başladı, amma bu uzun sürmədi. Alış-veriş mərkəzində polislər tərəfindən təqib olunan Cubili panikaya düşəndə ilk dəfə mutant gücləri ortaya çıxdı. Əllərindən çıxan enerji kürələri onu polislərdən qurtardı.

İks-adamlar

Cubili bir müddət tək yaşadı. Bəzi dükkan sahibləri üçün işıq şouları göstərərək dolandı və polislərlə siçan-pişik oyunu oynayırdı. Polislər öhdəsindən gələ bilməyincə M Birliyi adında mutant ovçularını çağırdılar. Bu zaman təsadüfən orada olan İks-adamlarin 4 qadın üzvü (Fırtına, Psaylok, Rouq və Gözqamaşdırıcı) Cubiliyi xilas etdilər. Onu xilas edənlərdən təsirlənən Cubili onları bazalarına qədər təqib etdi. Əvvəlcə güvənilməz hesab edilən Cubili daha sonra Şimal porsuğunu Ksayborqdan xilas etdikdən sonra komandanın üzvü oldu. Növbəti aylarda Şimal porsuğuna Asiya səyahətlərində yoldaşlıq etdi. Şimal porsuğu onun ikinci atası kimi oldu.

Cubilinin İks-adamlarla qarşılaşdığında qeyb olan Professor İks qayıtdıqdan sonra ilk dəfə onunla tanış oldu. Bu zaman komandaya tam üzv oldu. Xavier daha az yaşlılar üçün Nəsil X adlı yeni komanda yaradınca Cubili bu komandaya qoşuldu. Əvvəlcə bundan xoşu gəlməyən Cubili daha sonra komandanın əsas siması oldu.

Filmlər

Personaj ilk dəfə 2016-cı ildə tamamlanmış olan "İks-adamlar: Apokalipsis" filmində aktrisa Lana Kondor tərəfindən canlandırılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cubili (personaj) sözünün mənası, cubili (personaj) haqqında məlumat. cubili (personaj) nədir? cubili (personaj) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qazprom

  • Fevral 25, 2026

    ABŞ ordusu

  • Fevral 27, 2026

    Vətənə xəyanət

  • Fevral 27, 2026

    S:Haqqə surəsi

  • Mart 06, 2026

    Puare zirinci

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst