Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Subantarktika qurşağı - cənub yarımkürəsində yerləşən coğrafi qurşaq. 58—60° ilə 65—67°Cənub en dairələri arasında qərarlaşır. Ərazisinin böyük hissəsi okeanlar

Subantarktika qurşağı

  • Ana Səhifə
  • Vikipediya
  • Subantarktika qurşağı

Subantarktika qurşağı - cənub yarımkürəsində yerləşən coğrafi qurşaq. 58—60° ilə 65—67°Cənub en dairələri arasında qərarlaşır. Ərazisinin böyük hissəsi okeanlarda yerləşir. Sakit, Atlantik və Hind okeanlarının bir hissəsini əhatə edir. Ərazisində çoxlu sayda kiçik adalar vardır. Ərazisi Qərb küləklərinin təsirinə məruz qalır. Cənub sərhədi Cənub okeanı, şimal sərhədi bəzən Tristan-da-Kunya və Amsterdam adası olaraq götürülür. Digər mənbələrdə isə 65—67° və 58—60 °C. e arasında olan bölgə nəzərdə tutulur. Subantarktika qurşağı üçün hava kütlələrinin mövsüm üzrə bir-birini əvəz etməsi xarakterikdir. Qışda Antarktika, yayda isə mulayim enliklərin hava kütlələri hakimdir. İqlimi soyuqdur. Havanın orta temperaturu qışda -5-dən (şimalda) —15°S-yə qədər (cənubda), yayda 0-2°S, suyun orta temperaturu isə müvafiq olaraq —1,5°S-dən —2°S-yə qədər və 0—2°S-dir. İllik yağıntının miqdarı 500 mm-dir. Qışda subantarktika qurşağının akvatoriyası üzən buzlarla örtülür, yayda isə buzlardan tamamilə azad olur. Tez-tez çovğun, qar fırtınaları, duman müşahidə edilir. Hündürlüyü 10 m-ə çatan dalğalar xarakterikdir. Suyun duzluluğu il boyu az dəyişilir (33-34%). Flora və fauna baxımından Antarktika və mülayim qurşaqların təsiri açıq şəkildə müşahidə edilir, burada hətta endemik növlər belə vardır (Kergelen kələmi). Su sahəsi plankton, balinalar, balıqlar, Krillərlə zəngindir. Adaların sahillərində isə Suitilər]] və pinqvinlər olduqca çoxdur. Subantarktika qurşağı balıq və balina ovunun mühüm rayonlarındandır.

İri adaları — Kergelen, Prins-Eduard adaları, Kroze adaları, Herd adası və Makdonald adaları, Makkuori adası, Estados adası, Dieqo-Ramires adaları, Folklend adaları, Cənubi Georgiya və Cənubi Sandviç adaları və s. Adalarda şibyə, ot və kolluqlar yayılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Subantarktika qurşağı haqqında məlumat. Subantarktika qurşağı nədir? Subantarktika qurşağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Xor

  • Fevral 23, 2026

    Göy gurultusu

  • Fevral 24, 2026

    Krım

  • Fevral 10, 2026

    Norveç dənizi

  • Fevral 23, 2026

    24 sentyabr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst