Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanabert qalası və ya Xoxanabert — Ağdərə rayonunun Vəngli kəndində, Gəncəsər monastırının cənub tərəfində yerləşən tarix-memarlıq abidəsi. Qala, Azərbaycan Res

Xanabert qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Xanabert qalası

Xanabert qalası və ya Xoxanabert — Ağdərə rayonunun Vəngli kəndində, Gəncəsər monastırının cənub tərəfində yerləşən tarix-memarlıq abidəsi. Qala, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır.

Xanabert qalası
Ölkə  Azərbaycan
Şəhər Ağdərə
Yerləşir Vəngli kəndi yaxınlığında
Aidiyyəti Xaçın knyazlığı
Sifarişçi Həsən Cəlal
Tikilmə tarixi XIII əsr
Material çay daşı
Vəziyyəti xarabalıqları qalıb
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.268
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
40°03′27″ şm. e. 46°31′51″ ş. u.HGYO
Xəritə
Xanabert qalası (Azərbaycan)
Nöqtə
Xanabert qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

XIII əsrdə Həsən Cəlal Gəncəsər monastırının inşa edildiyi təpənin qarşısında yerləşən təpənin zirvəsini qala divarları ilə əhatə edərək güclü müdafiə sistemi yaratmışdır. Keçaris monastırının bərpa edilməsi münasibətilə XIII əsrdə yazılmış kitabədə Həsən Cəlal özünü "Xoxanabert qalasının hakimi" adlandırır. Xanabert qalasının hakimləri eyni zamanda ətraf ərazilərdəki Qaxaç, Çiləbörd və digər qalalara da sahib olurdular. Xoxanabert qalası hökmdar iqamətgahı hesab edildiyindən Xaçın knyazları da özlərini "Xoxanabert hakimi" adlandırırdılar.

Gəncəsər monastırı ətrafında inşa edilmiş bu qalalar, monastır və ətraf ərazilər üçün təhlükə yarandığı halda güclü müdafiə qalxanı yaradırdılar. Kirakos Qandzaketsi məlumat verir ki, "… monqolların birinci yürüşü zamanı Həsən Cəlal bütün Xaçın əhalisini fars dilində Xoxanaberd adlandırılmış qalada gizlətmişdi. Monqollar onu mühasirəyə almaq üçün gəldikdə gördülər ki, bu qalaları almaq mümkün deyil, buna görə də dostluq müqaviləsi bağlamağı təklif etdilər."

Yerli əhali qalanı Tarxan qalası adlandırır. Rəvayətə görə, qala Həsən Cəlalın qızı Ruzan xatunun yay iqamətgahı olmuşdur.

Memarlıq xüsusiyyətləri

Vaxtilə monqol ordusunu çəkindirmiş möhtəşəm istehkamlardan dövrümüzə yarıdağılmış vəziyyətdə müdafiə divarları və müxtəlif növlü binaların xarabalıqları qalmışdır. Qala daxilində kvadrat formalı tikiliyə və 6 metr dərinlik və 3 metr enə malik üç su quyusu vardır.

Qala divarları dağın zirvəsində kifayət qədər geniş bir ərazini əhatə edir. Qalanın xarabalıqları arasında pilləkən hissəsi yaxşı saxlanmış yarımdağılı vəziyyətdə olan tikili xüsusilə seçilir. Qala divarlarından təxminən 30 metr aralıda böyük qayanın üstündə düzbucaqlı plana malik hündür tikilinin qalıqları dövrümüzə çatmışdır. Ehtimal ki, o, müşahidə qülləsinin qalıqlarıdır.

Ədəbiyyat

  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989

Həmçinin bax

  • Xaçın knyazlığı
  • Qafqaz Albaniyasının memarlığı
  • Gəncəsər monastırı
  • Xaçın knyaz sarayı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xanabert qalası sözünün mənası, xanabert qalası haqqında məlumat. xanabert qalası nədir? xanabert qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Elektrik stansiyası

  • Fevral 27, 2026

    Analgetik maddələr

  • Mart 06, 2026

    Nattaj

  • Fevral 27, 2026

    Nəzarət

  • Fevral 24, 2026

    Laza (Qusar)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst