Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zoologiya muzeyi — heyvan kolleksiyalarının (fiksəedici mayelərdə, qurudulmuş və ya xüsusi preparat halında saxlanan heyvanlar, bunların müqəvvaları, skeletləri

Zoologiya muzeyi

  • Ana Səhifə
  • Vikipediya
  • Zoologiya muzeyi

Zoologiya muzeyi — heyvan kolleksiyalarının (fiksəedici mayelərdə, qurudulmuş və ya xüsusi preparat halında saxlanan heyvanlar, bunların müqəvvaları, skeletləri, dəriləri, eləcə də buynuz, sümük və çanaqdan düzəldilən məmulatlar) saxlandığı elmi və mədəni-maarif müəssisəsi. Zoologiya muzeyində sistematika, faunistika, zoocoğrafiya, dəyişkənlik, heyvanların müqayisəli morfolokiya və anatomiyası, eləcə də təkamül nəzəriyyəsinə dair elmi-tədqiqat aparılır. Burada həmçinin məktəblilər və tələbələrlə tədris işi, zoologiyaya dair mədəni-maarif işləri təşkil olunur, təbiətin mühafizəsi haqqanda təbliğat aparılır. Zoologiya muzeyi nin kolleksiyası elmi fonddan və nümayiş etdirilən eksponatlardan ibarətdir. Zoologiya muzeyində eksponatlar, adətən, sistemli ardıcıllıqla, bəzən zoocoğrafi prinsipə görə düzülür. Bəzən stendlər də düzəldilir. Kolleksiyalar şüşəli vitrinlərdə yerləşdirilir. Mikroskopik kiçik obyektlər mikro fotoşəkillər və böyüdülmüş mulyajlarla əvəz edilir. Tematik sərgilərdən, qısametrajlı filmlərdən də istifadə edilir.

Bakıda zoologiya muzeyi Azərbaycan Respublikası EA Zoologiya İnstitutunda yaradılmışdır (1971). Burada Azərbaycan ərazisində yaşayan onurğasızlar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərin müqəvva və eksponatları saxlanılır. Muzeyin fondundan elmi-tədqiqat, tədris və mədəni-maarif işi üçün istifadə olunur.

Xaricdə ən böyük zoologiya muzeyi Nyu-Yorkda, Vaşinqtonda, Parisdə, Londonda və başqa şəhərlərdədir.

Həmçinin bax

  • Zoonozlar
  • Zoologiya parkı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zoologiya muzeyi sözünün mənası, zoologiya muzeyi haqqında məlumat. zoologiya muzeyi nədir? zoologiya muzeyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Cəlil Bağdadbəyov

  • Mart 01, 2026

    Yalova ili

  • Fevral 23, 2026

    Litl Riçard

  • Mart 06, 2026

    Çad gerbi

  • Fevral 27, 2026

    Sahil metrostansiyası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst