Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aperitiv — Aperitif (fransızca apéritif, latınca aperīre “açmaq” sözündən) yeməkdən əvvəl verilən içkidir (əsasən spitli) və iştahı açır, tüpürcəyi artırır və m

Aperitiv

  • Ana Səhifə
  • Vikipediya
  • Aperitiv

Aperitiv — Aperitif (fransızca apéritif, latınca aperīre “açmaq” sözündən) yeməkdən əvvəl verilən içkidir (əsasən spitli) və iştahı açır, tüpürcəyi artırır və mədə şirəsinin ifrazını stimullaşdıraraq qida qəbulu üçün reseptorları hazırlayır.Bəzən yeməkdən əvvəl verilən, yüngül yeməklərə də aperitiv deyilir. Ən çox tanınan aperitiv içkilərə vermut, cin, şərab və s. daxildir.

Növləri

Aperatif kimi spirtli, spirtsiz içkilər və şirələr istifadə olunur. Populyar aperitiflərə vermut, şeri (və ya xeres, ağ şərab), kampari, rakia (brendi), bexerovka (çex likörü), uzo (yunan brendisi), pastis, amontilyado və kir kokteyli daxildir. Aperitif kimi sərt spirtli içki də xidmət edə bilər: araq, viski, rom, cin. Alkoqolsuz içkilər kimi mineral sular, həmçinin qazlı, mineral və adi soyudulmuş sular daxildir. Aperatif üçün ən yaxşı şirələr limon, portağal, qreypfrut, nar, pomidor və üzümdür (şəkərsiz üzüm sortlarından).

Aperitiflər üç qrupa bölünür: tək, birləşdirilmiş və qarışıq.

  • Tək aperitif yalnız bir içkidən ibarət olan bir aperitifdir, məsələn, yalnız bir vermut, bir növ şirə və ya mineral su verilir.
  • Qarışıq aperitif mineral su, şirələr və şərab kimi eyni vaxtda verilən bir neçə içkidən ibarətdir. Qarışıq aperitiflər müxtəlif içkilərin, məsələn, kokteyllərin xüsusi hazırlanmış qarışıqlarından ibarətdir.

Tarixi

Yeməkdən əvvəl içilən içkilərin çox qədim tarixi var. Onları V əsrdə yaşamış Fotikuslu Mübarək Diadoxos xatırladır.

1796-cı ildə turinli şərabçı Antonio Karpano vermutu icad etdi. Fransada aperitiflər kimyaçı Cozef Dubonnetin 1846-cı ildə öz adını almış içkini yaratmasından sonra yaranıb. Dubonnet şərab qarışığına malyariya xəstəliyinin qarşısını almaq və müalicə etmək, acılığı yumşaltmaq üçün xinin əlavə etdi, o, xüsusi otlar və ədviyyatlar qarışığı topladı. 19-cu əsrdə aperitiflər Avropada, 20-ci əsrin əvvəllərindən isə ABŞ-da geniş yayıldı.

Həmçinin bax

Dijestiv

Kokteyl

Məzə

Dim-sam - Çin mətbəxində aperitiv kimi verilən çay

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aperitiv sözünün mənası, aperitiv haqqında məlumat. aperitiv nədir? aperitiv nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zəhiriyyə Kitabxanası

  • Mart 06, 2026

    Podarcis muralis

  • Fevral 27, 2026

    Muvatta

  • Fevral 24, 2026

    Ametist

  • Fevral 27, 2026

    KİV

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst