Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Afət Telmanqızı— LAF TV-nin həmtəsisçisi (2020-ci ildən), 2024-cü ildə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin

Afət Telmanqızı

  • Ana Səhifə
  • Vikipediya
  • Afət Telmanqızı

Afət Telmanqızı— LAF TV-nin həmtəsisçisi (2020-ci ildən), 2024-cü ildə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti.

Afət Telmanqızı
Afət Telman qızı
Doğum tarixi 7 noyabr 1975 (50 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
İxtisası Jurnalist
Təhsili Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi
Fəaliyyəti Jurnalist
Fəaliyyət illəri 1997
Elmi dərəcəsi Magistr
Tanınır Telejurnalist
Mükafatları

Azərbaycan Respublikasının əməkdar jurnalisti (2019)

"Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ( 2025)

Həyatı

Məhərrəmova Afət Telman qızı 7 noyabr, 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib.1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib.Ali məktəbdə oxuduğu illərdə- 1993–1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri " Hürriyyət" qəzeti olub.2000-ci illərdə " Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub. İlk dəfə ANS- də müstəqilliyin bərpa tarixinə həsr olunmuş "Var dövlətimiz Azərbaycan" sənədli fìlminin müəllifi olub. Sonralar bir neçə fìlmlərin müəllifì olub. "Hazırcavab oğlan", " Qaraçılar", " Dünyanın qan damarı", " Zamanın yarası", " Zəfər zəngi" və ümumilikdə 50-dən çox sənədli filmin müəllifì olub. 1 ay ABŞ-da təcrübə keçib. Bir neçə xarici ölkədə səfərdə olub, reportajlar hazırlayıb. ANS TV fəaliyyətini dayandırdıqdan sonra Space TV-də Xəbərlər Departamentinin baş redaktoru olub. Real TV-də şef redaktor və Real İntervyu verlişinin aparıcısı olub. 2020-ci il, fevralın 9-u MM- ə keçirilən seçkilərdə iştirak edib. Elə həmin il Real TV-dən ayrılıb. 2020-ci il mayın 28-i tarixində həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib.2024-cü ildə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub

Mükafatları

2019-cu il 6 noyabr tarixində Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb. 2025-ci il dekabrın 24-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilmiş "Azərbaycan milli mətbuatının 150 illiyi" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, afət telmanqızı sözünün mənası, afət telmanqızı haqqında məlumat. afət telmanqızı nədir? afət telmanqızı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Gearbox

  • Fevral 25, 2026

    Hektor Berlioz

  • Mart 01, 2026

    Cowboy Bebop

  • Mart 06, 2026

    Kiber-hücum

  • Mart 06, 2026

    .ye

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst