Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır.

Bulud Qaraçorlu

  • Ana Səhifə
  • Vikipediya
  • Bulud Qaraçorlu

Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair.

Bulud Qaraçorlu
Doğum tarixi 1926
Doğum yeri Marağa
Vəfat tarixi 10 aprel 1979 (52–53 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vətəndaşlığı İran
Fəaliyyəti şair, ədib

Mündəricat

Həyatı

Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub.

İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır.

Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir.

O, milli hərəkatda fəal iştirak edirdi. AMH dövründə Marağada yaşayıb. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Azərbaycan Demokrat Gənclər Təşkilatının üzvü olub. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi.

Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Dəfələrlə həbs olunub.

Səhənd 1979-cu ildə vəfat edib.

Əsərləri

  • Bulud Qaraçurlu Səhənd. "Dədəmin kitabı". Stokholm, 2006.
  • Səhənd. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, 280 səh. ISBN 978-9952-34-033-8
  • "Sazimin Sözü" əsəri
  • Araz poeması
  • Xatirə Poeması


Həmçinin bax

  • Qaraçorlu

Ədəbiyyat

  • Pərvanə Məmmədli. "Türkçülük avazı ilə yazıb yaradan şair".
  • Ruqiyyə Qənbərqızı. Ön söz. Səhənd. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, səh. 4–14. ISBN 978-9952-34-033-8
  • Süleymanoğlu Fikrət. Səhənd: mühiti, həyatı və yaradıcılığı (monoqrafiya). Bakı: Nurlar NPO, – 2017. – 176 s.
  • Səhənd Dunyasi-Xəzər Dərgisi – Yaz - 1381-2002-Ebced- 50s
  • Atalarsözü Danışır - Bulut Qaraçorlu - Sehend - Memmedali Farzane -1350-7
  • Sehend Sözlüğ-Bulut Qaraçorlu Yapıtlarında Söz Varlığı - Hasan Umudoğlu – Ebced – Turuz - Tebriz-2012 -8
  • Tudə, Əli. Əli Tudə: Həyatım xatirələrim (PDF) (az.). XIX. Bakı: Azərbaycan Nəşriyyatı. 2021. səh. 320.
  • XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar (1900-1985). Məqalələr məcmuəsi (az.). Bakı: Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu. 1990. səh. 216.
  • Cənubi Azərbaycan Ədəbiyyatı tarixi (az.). II. Bakı: Qanun nəşriyyatı. 2013. səh. 148.
  • Əhməd, Vüqar; Rzayeva, Dilbər. Cənubi Azərbaycan şeiri antologiyası (XIX-XXI əsrlər) (az.). Bakı: Ecoprint. 2018. səh. 672.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bulud qaraçorlu sözünün mənası, bulud qaraçorlu haqqında məlumat. bulud qaraçorlu nədir? bulud qaraçorlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Han sülaləsi

  • Fevral 27, 2026

    Bernar Verlak

  • Mart 01, 2026

    Təhriri-Öqlidis

  • Mart 01, 2026

    Krunk

  • Fevral 27, 2026

    Bolu ili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst