Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abbas Qəhrəmanov 24 iyul 1960-cı ildə İrəvan şəhərində anadan olmuşdur. Əməkdar artist 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyor

Abbas Qəhrəmanov

  • Ana Səhifə
  • Vikipediya
  • Abbas Qəhrəmanov

Abbas Qəhrəmanov (tam adı: Abbas Əhməd oğlu Qəhrəmanov; 24 iyul 1960, İrəvan) — Azərbaycan aktyoru.

Abbas Qəhrəmanov
Doğum tarixi 24 iyul 1960(1960-07-24) (65 yaş)
Doğum yeri
  • İrəvan, Ermənistan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti aktyor
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti
IMDb ID2947522

Mündəricat

Həyatı

Abbas Qəhrəmanov 24 iyul 1960-cı ildə İrəvan şəhərində anadan olmuşdur. Əməkdar artist 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir.

Fəaliyyəti

Abbas Qəhrəmanov institutu bitirdiyi il Akademik Milli Dram Teatrına təyinat almışdır. Aktyor 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra yenidən Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. O, 1988-ci ildə Dövlət Gənclər Teatrında aktyor fəaliyyətini davam etdirmişdir. Aktyor 1990-cı ildə yenidən Akademik Milli Dram Teatrında qayıtmışdır.

O, burada Mərvan (B. Vahabzadə "Fəryad"), Qoşqar (K. Kərimov "Cəzasız günah"), Rasim (Q. Rəsulov "Cahargah fantaziyası"), Aparıcı ("Məlik Məmməd" nağılı), Rasim (Ş. Qurbanov "Əcəb işə düşdük"), Ər (R. Akutaqava "Müəmmalı bir qətlin üç versiyası"), Məmmədxan (İ. Əfəndiyev "Hökmdar və qızı"), İsgəndərzadə(Elçin "Ah Paris, Paris…"), Şöklü Məlik (N. Xəzri "Burla xatun"), Aşpaz("Kuraj və uşaqları"), Sahil ("Köhnə ev", Ə. Əmirli), Aparıcı ("Şıltaq Şahzadənin nağılı"), Andronik ("Hələ "sevirəm" deməmişdilər…" R. Novruz), Torvald Helmer (B. Brext "Oyuncaq ev" H. İbsen), Xondulu, Rəşid (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Durmişxan (O. İoseli "Kaş araba aşmayaydı"), Serjant Trotter (A. Kristin "Tələ"), Dövran (H. Mirələmov Vəsiyyət"), Şah Qacar (Ə. Əmirli "Şah Qacar") və s. tamaşalarda müxtəlif rollar ifa etmişdir.

Aktyor bir sıra televiziya tamaşalarında və filmlərdə də rollar oynamışdır. Bunlardan Şahin ("Nişan üzüyü"), Xansu ("Mənim günahım"), Ragin ("Altıncı palata"), 3-cü qardaş("Yurd yeri"), Buğacxan ("Dədəm Qorqudun kitabı"), Rasim ("Hədiyyə") misal göstərmək olar.

Mükafatları

  • 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
  • 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
  • 2017-ci il oktyabrın 12-də Prezident mükafatından məhrum edilib. Daha sonra yenidən 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
  • Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2021-ci il, 10 may 2022-ci il, 9 may 2024-cü il, 8 may 2025-ci il

Filmoqrafiya

Filmin adı İl Aktyor Mətn oxuyan İştirak edən Filmin növü
Mənim günahım 1985 Xansu ❌N ❌N tammetrajlı film-tamaşa, AzTV
Astana 1986 Draqun ❌N ❌N tammetrajlı televiziya tamaşası
Dəfn edilməmiş ölülər 1988 Fransua ❌N ❌N tammetrajlı televiziya tamaşası, AzTV
Müqəddəs oda yanaram 1991 Rasim ❌N ❌N tammetrajlı bədii film
Altı nömrəli palata 1994 Ragin ❌N ❌N tammetrajlı televiziya tamaşası
Yurd yeri 1994 Ələddin ❌N ❌N tammetrajlı film-tamaşa, AzTV
Yurd yeri 1997 Ələddin ❌N ❌N tammetrajlı bədii film, AzTV
Ailə 1998 Alyanın əri ❌N ❌N tammetrajlı bədii film
Vahimə 1998 Ruhi xəstə ❌N ❌N qısametrajlı bədii film
Atillanın atlıları 2002 kral ❌N ❌N tammetrajlı film-tamaşa
Güllələnmiş heykəllər 2002 İbrahim xan ❌N ❌N tammetrajlı film-tamaşa, AzTV
Odla qol-boyun 2002 Təzəbəy ❌N ❌N qısametrajlı bədii film
Bir anın həqiqəti 2003 Afiyəddin Cəlilov ❌N ❌N çoxseriyalı bədii film
Tənha durna uçuşu 2003 Kişi ❌N ❌N tammetrajlı film-tamaşa, AzTV
Yanmış körpülər 2003 İmran ❌N ❌N çoxseriyalı bədii film, AzTV
Arxada qalmış gələcək 2004 Ağaəli ❌N ❌N tammetrajlı bədii film
Şans 2004 Qədir ❌N ❌N tammetrajlı bədii film, AzTV
Yoxlama 2006 ❌N Çolaq (Nodar Mqaloblişvili) ❌N çoxseriyalı bədii film
Cümhuriyyət generalları 2006 ❌N ✅Y ✅Y qısametrajlı sənədli film, AzTV
Günaydın, mələyim! 2008 ❌N ❌N tammetrajlı bədii film
Acılar bitməz 2009 ❌N İsmayıl, Kamil, Qəzənfər (Vaqif Şərifov, Tofiq Bayramov, Salam İsmayıl) ❌N tammetrajlı bədii film
Cavad xan 2009 erməni ❌N ❌N tammetrajlı bədii film
Dayanacaq 2009 Arvadın atası ❌N ❌N qısametrajlı bədii film
Ölüm növbəsi 2009 Murtuz ❌N ❌N tammetrajlı bədii film
Əzizim Fellini 2010 ❌N ❌N tammetrajlı bədii televiziya filmi
Kuklalar 2009 ❌N ❌N tammetrajlı bədii film
Yaddaş 2010 ❌N ❌N ❌N tammetrajlı bədii film
Susmuş vicdan 2010 ❌N bədii serial
Qaranlıqlar çiçəyi 2011 Məmmədəli ❌N ❌N bədii serial
Yuva 2012 ❌N ❌N qısametrajlı bədii film
Döngələr 2012 ❌N ❌N çoxseriyalı bədii televiziya filmi
Alo, bu mənəm 2013 ❌N ❌N qısametrajlı bədii film
Tək olanda qorxma… 2013 Tamerlan müəllim ❌N ❌N bədii serial
Oğurlanmış arzular 2013 ❌N ❌N bədii serial
Qırmızı bağ 2016 polis ❌N ❌N tammetrajlı bədii film
Ögey ana 2017 Zakir ❌N ❌N bədii serial
Ağ tük 2018 Əmir ❌N ❌N tammetrajlı bədii film
Əqrəb mövsümü 2022 Qurban Amanov ❌N ❌N bədii serial
Alatava 2024 Cavanşir ❌N ❌N çoxseriyalı bədii film

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, abbas qəhrəmanov sözünün mənası, abbas qəhrəmanov haqqında məlumat. abbas qəhrəmanov nədir? abbas qəhrəmanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Şəfəq

  • Mart 06, 2026

    Sergey Oldenburq

  • Fevral 27, 2026

    Nino Rota

  • Mart 06, 2026

    İsmayıl Qaspiralı

  • Fevral 27, 2026

    Təşkilat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst