Orxan Nadir oğlu Əkbərov (12 dekabr 1982, Saatlı – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
| Orxan Əkbərov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 12 dekabr 1982 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 6 oktyabr 2020 (37 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | |
| Qoşun növü | |
| Xidmət illəri | 2000-ci ildən |
| Rütbəsi | Polkovnik-leytenant |
| Döyüşlər | Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
| Təltifləri | |
| | |
Həyatı
Hərbi xidməti
Orxan Əkbərov 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub.
Azərbaycan Ordusunun polkovnik–leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əkbərov oktyabrın 2-da Füzulinin azad edilməsi zamanı şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
(26 iyun 2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26 iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(26 iyun 2015) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(26 iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(26 iyun 2020) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
(9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
(15 dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25 dekabr 2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
İrsi və xatirəsi
2021-ci ildə Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun adı verilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, orxan əkbərov sözünün mənası, orxan əkbərov haqqında məlumat. orxan əkbərov nədir? orxan əkbərov nə deməkdir?
