Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həkimov Mürsəl İsmayıl oğlu (20 may 1929, Qazax rayonu – 2006) — ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989), Milli azadlıq hər

Mürsəl Həkimov

  • Ana Səhifə
  • Vikipediya
  • Mürsəl Həkimov

Həkimov Mürsəl İsmayıl oğlu (20 may 1929, Qazax rayonu – 2006) — ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989), Milli azadlıq hərəkatının fəal üzvü (1988-1991), AXCP ağsaqqallar şurasının üzvü, ADPU-nun sabiq dekan müavini, ADPU "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasında rəhbər, SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Atatürk Kültür Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən). Bir sıra dövlət mükafaları olmuşdur.

Mürsəl Həkimov
Mürsəl İsmayıl oğlu Həkimov
Doğum tarixi 20 may 1929
Doğum yeri Kəmərli, Qazax rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 15 aprel 2006 (76 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı

Mündəricat

Həyatı

Mürsəl Həkimov 1929-cu il mayın 20-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Qazax ikiillik Müəllimlər İnstitutunda təhsil almışdır (1947-1949). Əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə rayonu Babacan kənd məktəbində müəllim kimi başlamışdır. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1950-1953). Marneuli rayonu Aşağı Saral kənd orta məktəbində müəllim olmuşdur (1953-1955). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1955-1960). "Aşıq Hüseyn Cavanın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan və dünya ədəbiyyatı kafedrasında laborant, müəllim, baş müəllim, dekan müavini olmuşdur (1960-1989). Hazırda universitetdə professor kimi "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir, eyni zamanda elmi-pedaqoji fəaliyyətini davam etdirir (1989-cu ildən). "Orta əsrlər Azərbaycan aşıq yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1986). Ədəbi-elmi fəaliyyətinə tələbəlik illərindən başlamışdır. Əsərləri dövri mətbuatda, toplu və almanaxlarda çap olunmuşdur. SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Türkiyə Atatürk Kültür Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən).

Mürsəl Həkimovun elmi və pedaqoji fəaliyyəti 100 elm əsərdə öz əksini tapmışdır. Onun 15 irihəcmli monoqrafiyası və kitabları, 4 toplu və almanaxı, həmmüəllif olduğu 3 kitabı çap olunmuşdur.

Mürsəl Həkimov bir neçə namizədlik və iki doktorluq dissertasiyasına rəhbərlik və opponentlik etmişdir.

Əsərləri

  • Azərbaycan şifahi xalq ədəbiyyatından xüsusi kurs. Bakı: APİ nəşriyyatı, 1975, 96 səh.
  • Azərbaycan klassik aşıq yaradıcılığı. Bakı: APİ nəşriyyatı, 1982, 87 səh.
  • Ustad aşıqlar, Bakı: Gənclik, 1983,
  • Azərbaycan aşıq ədəbiyyatı. Bakı: Yazıçı, 1983, 240 səh.
  • Aşıq şerlərinin növləri. Bakı: APİ nəşriyyatı, 1987, 80 səh.
  • Xalqımızın deyimləri və duyumları. Bakı: Maarif, 1988, 390 səh.
  • Bayatılar. Bakı: APİ nəşriyyatı, 1991, 101 səh.
  • Oğuz-tərəkəmə xalq mərasimləri və meydan tamaşaları. Bakı: Maarif, 1997, 333 səh.
  • Dədə Qorqud - 1300. Bakı: ADPU nəşri, 2000, 40 səh.
  • Demə Səməd Vurğun gəldi-gedərdi. Bakı: ADPU nəşri, 1998, 83 səh.
  • Azərbaycan aşıq şer şəkilləri və qaynaqları. Bakı: Maarif, 1999, 375 səh.
  • Bozqurd-kultum mənim, Türk eli yurdum mənim. Bakı: Yeni nəsil, 2001, 135 səh.
  • Bozqurd-kultum mənim, Türk eli yurdum mənim. Bakı: Yeni nəsil, 2001, 333 səh.

Filmoqrafiya

  1. Koroğlu (film, 2003)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mürsəl həkimov sözünün mənası, mürsəl həkimov haqqında məlumat. mürsəl həkimov nədir? mürsəl həkimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Trençin

  • Mart 01, 2026

    Bayburt qalası

  • Fevral 25, 2026

    ISSN

  • Fevral 28, 2026

    Bozcaada

  • Fevral 27, 2026

    Bəhram Aşurov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst