Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bozcaada (türk. Bozcaada), həm də Теnedos (yun. Τένεδος) — Egey dənizinin şimalında, Dardanel boğazının çıxışında yerləşən, elə də böyük olmayan ada. Ada Çanaqq

Bozcaada

  • Ana Səhifə
  • Vikipediya
  • Bozcaada

Bozcaada (türk. Bozcaada), həm də Теnedos (yun. Τένεδος) — Egey dənizinin şimalında, Dardanel boğazının çıxışında yerləşən, elə də böyük olmayan ada. Ada Çanaqqala ilinin Bozca ada rayonuna daxildir (Türkiyə).

Bozcaada
türk. Bozcaada
Ümumi məlumatlar
Sahəsi 37,6 km²
Hündür nöqtəsi 192 m
Əhalisi 2.354 nəfər (2010-cu il)
Yerləşməsi
39°49′ şm. e. 26°03′ ş. u.HGYO
Ölkə  Türkiyə
Akvatoriya
  • Egey dənizi
Bozcaada xəritədə
Bozcaada
Bozcaada
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adı

Adındanda göründüyü kimi çağdaş türk dilində "boz ada" (türk. bozca — boz, torpaq rəngi, ada) mənasını verir.

Coğrafiya

Bozcaada

Adanın sahəsi 37,6 km² təşkil edir. Bu sahəsinə görə Türkiyənin Gökçeada və Mərmərə adasıından sonra üçüncü böyük adasıdır.

Tarixi

Bozcaada qalası

Ada Anadolu yarımadasından 5 km aralıda yerləşir. Qədim antik dövrdə adada ilk yunan koloniyaları salınmışdır. Antik dövrdə adanın coğrafi mövqeyi ilə əlaqədar olduqca zəngin tarixi yaranmışdır. B. e. ə 86-cı ildə ada yaxınlığında Roma imperiyası ilə Bosfor çarı VI Mitridad arasında döyüş olmuşdur. Bununla belə yunan əhalisi adanı 1204-cü ilə qədər nəzarətdə saxlamışdırlar. Bu zaman adanı Venesiya Respublikası işğal edərək, burada qala inşa etdirir. Bununla da onlar Qaradəniz boğazlarına nəzarəti əllərinə keçirmiş olurlar.

Bozcaadadan 10 km şimalda Dardanel boğazının çıxacağında böyük önəm daşıyan Dovşan adaları yerləşir bu adaların ələ keçirilməsi uğrunda Venesiya və Genuya, üstəlik Bizans mübarizə aparmışdır. Burada yerli yunanlar provaslav məzhəbinə etiqat etdiyindən gəlmə katoliklərə mübasibət heçdə yaxşı deyildi.

Öz aralarında adanın kimə mənsubluğunu müəyyənləşdirə bilməyən tərəflər roma papasına müraciət etmişdir. VI Urban adanın dərhal neytallaşmasını tələb edərək 4 minlik yunan əhalisini Krit və Evbeya adalarına köçürülməsini tələb edir. Sonradan 1470-ci ildə adanı Osmanlı imperiyası ələ keçirir. Bura yenidən yunan və türk əhalisi köçür.

Osmanlı imperiyasının zəyifləməsi ilə ada uğrunda mübarizə yenidən başlamışdır. 10 mart 1807-ci ildə adanı ruslaş işğal edərək buradan Dardaneli mühasirədə saxlayırdılar 1822 ilin oktyabrında Yunanıstanın azadlığı uğrunda başlanan müharibə əsnasında yunanlar ada yaxınlığında Osmanlı donanmasına hücum edərək türk vitse admiralının gəmisini batırırlar.

Birinci Balkan müharibəsi zamanı (1912–1913) ada yunan desantı tərəfindən ələ keçirilmişdir. 1918–1923 illərdə iri Gökcəada) silahsız bölgə elan edilir. Kamalçıların qələbəsi Lozanna müqaviləsinin imzalanması ilə bitir. Boğazlar və ətrarafında olan ərazilər, yunanlara yerli hakimiyyət orqanlarını yaratmaqla Türkiyəyə verilir. Burada yaşayan yunan əhalisi 1970-ci illərdə Yunanıstan, ABŞ və Avropa ölkələrinə köçmüşlər.

Əhalisi

Adada 2354 nəfər (2010) yaşayır. Onlardan cəmi 30 nəfəri yunan digərləri isə türkdür.

İqtisadiyyat

Əvvəllər ada özünün içkiləri ilə məşhur olmuşdur. 2000-ci ildən adada Külək Elektrik turbinləri quraşdırılmışdır. Hazırda isə adanın əsas gəlir mənbəyi turizm və dayvinqdir.

Görüntülər

  • Bozcaadada bir küçə
    Bozcaadada bir küçə
  • Külək turbinləri
    Külək turbinləri
  • Çimərlik və külək turbinləri birlikdə
    Çimərlik və külək turbinləri birlikdə
  • Bozcaadanın evləri
    Bozcaadanın evləri
  • Bozcaadanın küçələri
    Bozcaadanın küçələri
  • Bozcaada qalası
    Bozcaada qalası
  • Bozcaadanın əl işlərindən olan saxsı qablar
    Bozcaadanın əl işlərindən olan saxsı qablar
  • Bozcaada da bir yeməkxana
    Bozcaada da bir yeməkxana

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bozcaada haqqında məlumat. Bozcaada nədir? Bozcaada nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ellinlər

  • Fevral 17, 2026

    Azərbaycan bayrağı

  • Fevral 27, 2026

    Pulitser mükafatı

  • Fevral 27, 2026

    Jül Vern

  • Fevral 25, 2026

    Şirvan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst