Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır. Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın ad

II Hairan

  • Ana Səhifə
  • Vikipediya
  • II Hairan

II Hairan (ərəb. هيران إي‎) — Palmira şahzadəsi və kral Odenatın oğlu.

Mündəricat

RTP 736 adlı möhür

Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır. Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın adı, digər tərəfdə isə Hairanın adı oyulmuşdur. Odenatın adı hər iki tərəfə də həkk olunmuşdur. Ana adı və tarixi haqda heç bir məlumat yoxdur.

Kral Herodian və II Hairan

Kral Septim Herodian

Odenatın 251-ci ildən daha irəli vaxtlara aid bir çox kitabələrdə görünən II Hairan adlı başqa bir oğlu var idi. Qurğuşun möhürdə, krallar kralı Septim Herodianın adı görünür. Alimlər Septimius Herodianın I Hairan ya da II Hairan olduğu haqda mübahisə edirlər.

Avqusta Tarixi, Odenatın Herod adlı (daha köhnə bir evlilikdən), Herenniyan adlı və daha bir çox oğlu olduğunu qeyd edir. Henri Arnold Seyriqə görə, II Hairan Herenniyandır. Seyriq həmçinin, II Hairanın Vaballatın qardaşı olduğunu, lakin padşahlıq etmədiyini demişdir. Seyriq, II Hairanı RTP 736 adlı qurğuşun möhürdəki Hairandan ayırmışdır. Macarıstan alimi Andreyas Alföldi Septimius Herodianın Herenniyan olduğunu irəli sürmüşdür. Septim Herodian möhürü ilə əlaqədar olan başqa bir möhür, dəfnə yarpağı ilə taclandırılmış bir qadın təsvir edilmişdir. Alföldiyə görə bu qadın təsviri yalnız Zenobiya ola bilər. Beləliklə, Alföldiyə görə Septimius Herodian, Zenobiya və Odenatın oğludur.

Udo Hartmann, Septim Herodian ilə I Hairanın eyni bir şəxs olduğunu və Herodianın, Hairanın yunan dilində olan versiyası olduğunu demişdir. Deyvid S. Potter bu fikirlə razılaşmır. Deyvidə görə, Septim Herodian Zenobiyanın oğludur, Herodian ilə II Hairan eyni şəxsdirlər və I Hairan ilə əlaqəsi yoxdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ii hairan sözünün mənası, ii hairan haqqında məlumat. ii hairan nədir? ii hairan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Loebner mükafatı

  • Mart 06, 2026

    E.ə. 860

  • Fevral 25, 2026

    16 may

  • Fevral 27, 2026

    Əliheydər Qarayev

  • Fevral 27, 2026

    Mari El

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst