Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarabağ xanlığının idarə etmə aparatında bir çox hərbi və mülkü vəzifələr vardı. Bu vəzifələrdən biri də mehmandar idi. Mehmandarın vəzifə borcu xanlığa gələn f

Mehmandarovlar

  • Ana Səhifə
  • Vikipediya
  • Mehmandarovlar

Mehmandarovlar — Azərbaycan xalqının qədim və tanınmış soylarından biri.

Mehmandarlılar
Mehmandarovlar ailəsi. Şuşa, XX əsrin əvvəlləri.
Mehmandarovlar ailəsi. Şuşa, XX əsrin əvvəlləri.
Titul Bəy
Əcdadı Mirzə Əli bəy Qarabaği
Mənşəyi Şuşa, Qarabağ
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Mündəricat

Soyun yaranması

Qarabağ xanlığının idarə etmə aparatında bir çox hərbi və mülkü vəzifələr vardı. Bu vəzifələrdən biri də mehmandar idi. Mehmandarın vəzifə borcu xanlığa gələn fəxri qonaqları ölkənini sərhəddində qarşılayıb, müəyyən qonalqalarda istirahət etdirib, paytaxta, divan-dərbara gətirmək idi.

Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762–1806) ağalıq dönəmində mehmandar Mirzə Əli bəy idi. Mirzə Əli bəyin törəməsi sonralar Mehmandarov soyadını qəbul etdilər. Bu soyadın yaranması haqqında fərqli fərziyələr də var. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə Mirzə Əli bəyin səxavətli, süfrəçi, qonaqpərvər olduğundan dolayı bu soyadın yarandığını qeyd edir. O, yazır: "Mirzə Əli bəy məbrur isə sahibi-süfreyi-cud və mehmannəvaz bir vücud imiş ki, o səbəbə onun övladi-əmcadi Mehmandarov məşhurdurlar"

Mehmandarovların bir qolu Lənkəran şəhərinə köçmüşdür. Mirzə Sadıq bəy Mehmandarov Şuşa şəhərində doğulmuşdur. Təhsil almaq üçün Peterburqa gedib, hüquq fakültəsini bitirmişdi. O, Hacı Mir Abbas bəy Talışinski ilə tanış olur, Hacı Mir Abbas onu Lənkərana, öz mülkünə baş hüquqçu vəzifəsində işləməyə dəvət edir.

Mirzə Sadıq bəy Mehmandarov Lənkərana gəldiyi ilk vaxtlarda ev kirayə edib yaşayır. Bir neçə ildən sonra ona evlənmək təklif edirlər. Beləliklə o, Talışinskilərdən evlənir.

Soyun tanınmış nümayəndələri

  • Kərim bəy Mehmandarov — Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri.
  • Nağı bəy Mehmandarov — Lənkəran şəhərinin qradonaçalniki — şəhər rəisi , Səməd bəy Mehmandarovun qardaşı.
  • Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı , Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü; Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri, Azərbaycan SSR hərb xadimi.
  • Mixail Tuşinski — SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü.
  • Məhbubə xanım Mahmudbəyova — tibb e. d. (1961), prof. (1963), əməkdar həkim (1960), professor, Kərim bəy Mehmandarovun qızı.
  • Mustafa Mehmandarov — dirijor.

Qalereya

  • Kərim bəy Mehmandarov-Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri.
    Kərim bəy Mehmandarov-Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri.
  • Səməd bəy Mehmandarov-Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cumhuriyyətinin görkəmli hərbi xadimi.
    Səməd bəy Mehmandarov-Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cumhuriyyətinin görkəmli hərbi xadimi.
  • Məhbubə xanım Mahmudbəyova—tibb e. doktoru, professor, əməkdar həkim, Kərim bəy Mehmandarovun qızı
    Məhbubə xanım Mahmudbəyova—tibb e. doktoru, professor, əməkdar həkim, Kərim bəy Mehmandarovun qızı

Həmçinin bax

  • Qarabağ

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mehmandarovlar sözünün mənası, mehmandarovlar haqqında məlumat. mehmandarovlar nədir? mehmandarovlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nar

  • Fevral 27, 2026

    Radamant

  • Fevral 27, 2026

    Böyük təmizləmə

  • Fevral 27, 2026

    TNT

  • Fevral 27, 2026

    II Kir

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst