Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ceremi Bentam (ing. Jeremy Bentham; 15 fevral 1748[…], London – 6 iyun 1832[…], London, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Britaniyalı filosof,

Ceremi Bentam

  • Ana Səhifə
  • Vikipediya
  • Ceremi Bentam

Ceremi Bentam (ing. Jeremy Bentham; 15 fevral 1748[…], London – 6 iyun 1832[…], London, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Britaniyalı filosof, hüquqşünas, moralist və utilitarizm nəzəriyyəçisi.

Ceremi Bentam
ing. Jeremy Bentham
Doğum tarixi 15 fevral 1748(1748-02-15)[…]
Doğum yeri
  • London, İngiltərə, Böyük Britaniya krallığı
Vəfat tarixi 6 iyun 1832(1832-06-06)[…] (84 yaşında)
Vəfat yeri
  • London, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Dəfn yeri
  • London Universiteti[d]
Dövr Maarifçilik dövrü
İstiqaməti Utilitarizm
Əsas maraqları fəlsəfə, hüquq, Sosial fəlsəfə, Mülki və siyasi hüquqlar
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Bentam varlı hüquqşünas ailəsində anadan olmuşdur. Oksford Universitetini bitirdikdən sonra ona vəkil vəzifəsi verilmiş, ancaq tezliklə hüquqşünas praktikasından imtina etmiş və əxlaqi fəlsəfə və nəzəri hüquqşünaslıq sahəsində araşdırmalara başlamışdır və hüquq islahatları məsələləri ilə məşğul olmuşdu. Ş. L. Molteskyö, Ç. Bekkaria, xüsusən K. A. Helvetsi ona güclü təsir göstərmişlər.

"Sələmin müdafiəsi" (1787) əsərində subut edirdi ki, borc pul faizini məhdudlaşdıran qanunlar həm iqtisadi, həm də hüquqi cəhətdən özünü doğrultmur. Bentam bir sıra əsərlərində islah müəssisələrində islahatlar aparılması zərurətini əsaslandırırdı. Bentam "Əxlaq və qanunvericiliyin əsaslarına giriş" (1789) və "Deontologiya, yaxud Əxlaq haqqında elm" (1834) əsərlərində əxlaq və qanunvericiliyin əzəli mücərrəd başlanğıclarını rədd edir və təcrübənin inkaredilməz nəticələri əsasında insan fəaliyyətinin bütün cəhətlərini əhatə edən nəzəriyyə yaratmağa çalışırdı. Bentam təbii hüquq, təbii varidat, ictimai müqavilə kimi anlayışları əsassız sayırdı. Belə ki, hüquq qanunla yaradılır, iradəni ifadə edən qanun isə idarəetməni və birgəyaşayışı nəzərdə tutur. Fərdlərin hüquqlara malik olmasından çıxış edən ictimai müqavilə nəzəriyyəsi tarixi əsaslardan məhrumdur: idarəetmə (deməli, dövlət) ya tarixən yaranmış şəraitin nəticəsi kimi, ya da güc tətbiq etməklə qurulur. Bentama görə, hüquqlar yalnız konkret ola bilər: cəmiyyətə faydalıdırsa mövcuddur, faydasızdırsa ləğv edilməlidir ("Anarxiyanın yanlışlıqları", 1791–95); azadlığı məhdudlaşdıran qanun qəbul olunandır, çünki qayda-qanunu və yaxşı idarəetməni, deməli həm də vətəndaşların şəxsi maraqlarını təmin edir. Lakin hər şeydən əvvəl insanların hökumət zorakılığından müdafiəsi təmin olunmalıdır ki, bunun da yeganə vasitəsi demokratiyadır. İnsanların davranışı müxtəlif, o cümlədən siyasi (cəza və mükafat), əxlaqi (ictimai rəy), dini sanksiyalarla reqlamentləşdirilə bilər. Burada Bentam təhsilə xüsusi rol ayırmış, onu "dolayı qanunvericilik" adlandırmışdı. Cəza hüquq pozanların islahı üçün deyil, digərlərinin ibrət alması məqsədilə tətbiq edilir.

Qanunvericiliyin Bentam tərəfindən işlənib-hazırlanmış kodlaşdırılması prinsipləri bir çox ölkələrin (Fransa, Almaniya, Hindistan, Avstraliya, Kanada və s.) qanunvericiliyində istifadə edilmişdir. Onun inkişaf etdirdiyi iqtisadi davranışın məqsəd və meyarı kimi başa düşülən faydalılıq fəlsəfəsi XIV-XX əsrlər iqtisad nəzəriyyələrinin əsaslarından biri olmuşdu. Ceyms Mill, Con S. Mill, C. Ostin və b. onun ardıcılları olmuşlar.

Bentamın ideyaları marjinalizmin yaranmasında vacib rol oynamışdı.

Əsəri

«О судебных доказательствах» K., 1876.

Ədəbiyyat

Pokrovskiy P. «Бентам и его время» P., 1916.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ceremi bentam sözünün mənası, ceremi bentam haqqında məlumat. ceremi bentam nədir? ceremi bentam nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Nigeriya

  • Fevral 26, 2026

    Andhra Pradeş

  • Mart 06, 2026

    Qurdlar (dəqiqləşdirmə)

  • Mart 06, 2026

    Vanessa Hacens

  • Fevral 27, 2026

    2019-cu il

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst