Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anakopiya qalası (gürc. ანაკოფია) — Rusiya tərəfindən dəstəklənən separatçı Abxaziya Respublikasının ərazisində yerləşən qala. Qədim hərbi qala Suxumi sahilində

Anakopiya qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Anakopiya qalası

Anakopiya qalası (gürc. ანაკოფია) — Rusiya tərəfindən dəstəklənən separatçı Abxaziya Respublikasının ərazisində yerləşən qala. Qədim hərbi qala Suxumi sahilindən 22 km (14 mil) məsafədə Yeni Afon bölgəsində yerləşir. Təxminən 450 × 150 metr genişliyində olan abidənin ərazisi İvanya dağının zirvəsində dənizdən təxminən 1 mil məsafədə yerləşir. Qala Abxaziya çarlığının keçmiş paytaxtı Anakopiyadan geriyə qalmış tikililər arasında ən yaxşı qorunan abidədir.

Anakopiya qalası
ანაკოფია
Hissəsi 43°05′39″ şm. e. 40°48′31″ ş. u.HGYO
Yeni Afon  (De yure: Gürcüstan
De fakto: Abxaziya)
Anakopiya qalası (2014)
Tikinti yerinin tarixi
TikilibQalanın inşası II və IV əsrlər arası baş tutub
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Hərbi abidə II və IV əsrlər arasında inşa edilmişdir. VII əsrin sonunda, islamın yayılması ilə panikaya düşən Bizanslıların dəstəyi ilə qala ətrafında divar inşa edilmişdir. 60 kom (2 fut) qalınlığına çatan qala divarları diqqətlə oyulmuş və möhkəm şəkildə quraşdırılmışdır. Tikintidə əhəngdaşından istifadə edilmişdir. Kompleksin yeganə girişi divarların cənub fasadındakı kiçik qapıdır. Divarların mərkəzində Roma üslubunda tikilmiş 4 mərtəbəli qüllə var. Hər tərəfdən gözəl mənzərəsi olan qüllənin cənub-qərbində Qara dəniz yerləşir. Kilsədəki daş qurbangah, xaç və bəzi balıqları ehtiva edən freskalar günümüzə qədər gəlib çatmışdır. Kilsənin yaxınlığında təbii qaynaqdan gələn su ilə dolmuş 25 metr dərinliyində sistern yerləşir.

Anakopiya VIII əsrdə baş tutmuş Ərəb-Bizans müharibələrinə şahidlik etmişdir. 736–737-ci illərdə Ərəb xəlifəsi II Mərvan 60.000 nəfərlik ordusu ilə Abxaziya çarlığının paytaxtı olan Anakopiyaya hücuma keçdi. Gürcü salnamələri qalanın Abxaziya çarı I Leonunun rəhbərliyi altında 1000 iberiya və 2000 abxaz qüvvəsi tərəfindən müdafiə olunduğunu yazır. Səlnamələr Ərəb ordusundan 35000 insanın epidemiyaya məruz qalaraq öldüyünü yazır. Həmçinin əlavə edirlər ki, müharibə zamanı 3000 insan həlak olmuşdur. Anakopiyanın uğurlu müdafiəsi Gürcüstan tarixinin mühüm dönüş nöqtələrindən biri kimi qəbul edilir. Bu məğlubiyyət nəticəsində Mərvanın Bizansa şimaldan, yəni Abxaziya ərazisindən keçərək hücum etmək planı baş tutmadı.

788-ci ildə ərəb lideri Süleyman ibn İsamın qərbdən qalaya hücum etmək cəhdi də uğursuzluqla nəticələndi. VII əsrin ikinci yarısında yunan kahinləri Anakopiya dağının zirvəsində kiçik bir məbəd tikdirdilər. VII–VIII əsrlər arasında dağın ətəyində başqa bir məbəd də tikilmişdir.

Bölgənin təhlükəsizliyini təmin etmək və qülləni əvvəlki kimi istifadəyə yararlı hala gətirmək üçün 2008-ci yenidənqurma işləri aparılmışdır.

Həmçinin bax

  • Abazgia

Qeydlər

  1. Hal-hazırkı adı ilə
  2. Xaç və balıq simvolları xristianlığın erkən dövrlərində Bizans və ona yaxın olan ərazilərdə sıx-sıx istifadə edilmişdir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, anakopiya qalası sözünün mənası, anakopiya qalası haqqında məlumat. anakopiya qalası nədir? anakopiya qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Telman Əliyev

  • Fevral 24, 2026

    Prusiya

  • Fevral 27, 2026

    Şikar Aslanov

  • Mart 06, 2026

    Polyscias

  • Fevral 27, 2026

    Usta

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst