Makarska — Xorvatiyanın Adriatik dənizi sahilində, bölgənin ən böyük şəhəri olan Splitdən 60 km cənub-şərqdə yerləşən bir turizm şəhəridir. Makarskanın əhalisi 13,834 nəfərdir.
| Makarska | |
|---|---|
| Makarska | |
| |
| 43°17′35″ şm. e. 17°01′12″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 0 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +385 021 |
| Poçt indeksi | 21300 |
| Nəqliyyat kodu | MA |
| Digər | |
| makarska.hr | |
![]() Makarska | |
Tarixi
Arxeoloji qazıntıların göstərdiyi kimi, dənizdən iki burunla etibarlı şəkildə qorunan körfəzin sahillərində yerləşən yaşayış məntəqəsi Roma dövründən mövcud olmuşdur. Lakin yerli knyazların qüdrəti tezliklə zəifləməyə başladı. Bir neçə əsr ərzində bu torpaqlar uğrunda yerli və bosniyalı knyazlar, macar-xorvat kralları və Venesiya dəyişkən uğurla mübarizə aparmışlar. XV–XVI əsrlərdə isə Makarska ətrafındakı torpaqlar yenidən mübarizə meydanına çevrildi — bu dəfə Venesiya ilə Osmanlı imperiyası arasında.
Türklər yaşayış məntəqəsini XVI əsrin ortalarında ələ keçirmiş və onu 100 ildən artıq müddətdə nəzarətdə saxlamışlar. Bu dövrdə şəhər sahilin Venesiya hücumlarını dəf edən əsas möhkəmləndirilmiş qalalarından birinə çevrilmişdir.
1646-cı ildə bölgə yenidən venesiyalıların nəzarətinə keçmiş, 1681-ci ildə isə Makarska rəsmi şəkildə Venesiyaya birləşdirilmişdir. Sonrakı 100 il ərzində Venesiyanın hakimiyyəti dövründə şəhər xeyli böyümüş və Dalmasiyanın əsas mərkəzlərindən birinə, bir çox dəniz və quru ticarət yollarının qovuşduğu mühüm nöqtəyə çevrilmişdir.
1797-ci ildə Kampo-Formio sülh müqaviləsinə əsasən Makarska, bütün Xorvatiya kimi, Avstriyaya birləşdirildi. Qısa müddətli fransız hakimiyyətindən sonra isə 1813-cü ildə yenidən Avstriya tacının tabeliyinə keçdi. 1914-cü ildə burada istirahətçilər üçün ilk otel açıldı, lakin Makarska Rivyerasının kurort zonası kimi əsl yüksəlişi XX əsrin 70-ci illərində başladı.
1990-cı ildə Yuqoslaviyanın dağılmasından sonra Makarska və Makarska Rivyerası müstəqil Xorvatiyanın tərkibinə daxil olmuşdur. Dubrovnikdən və Xorvatiyanın Dalmasiya bölgəsindəki bir çox digər şəhərlərdən fərqli olaraq, şəhər 1990-cı illərin vətəndaş müharibələri zamanı ciddi zərər görməmişdir. Müharibə başa çatdıqdan sonra şəhər və bölgənin turizm sənayesi sürətlə inkişaf etməyə başlamışdır.
Qardaş şəhərlər
Qalereya
Makarska körfəzi
Makarskada küçə
Makarska limanı
Franjo Tudman abidəsi
Makarska mərkəzi şəhəri
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, makarska sözünün mənası, makarska haqqında məlumat. makarska nədir? makarska nə deməkdir?

