Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəcməddin Musa oğlu Hüseynov (12 iyun 1955, Çaylı, Qazax rayonu) — rəssam, Azərbaycan Rəssamlar İttifaqının fəal üzvü, Rusiya Peşəkar Rəssamlar ittifaqının üzvü

Nəcməddin Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Nəcməddin Hüseynov

Nəcməddin Musa oğlu Hüseynov (12 iyun 1955, Çaylı, Qazax rayonu) — rəssam, Azərbaycan Rəssamlar İttifaqının fəal üzvü, Rusiya Peşəkar Rəssamlar ittifaqının üzvü. Beynəlxalq Müasir İncəsənət Akademiyasının fəxri üzvü. Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü

Nəcməddin Hüseynov
Doğum adı Nəcməddin Musa oğlu Hüseynov
Doğum tarixi 12 iyun 1955 (70 yaş)
Doğum yeri Çaylı, Qazax rayonu
Fəaliyyəti Rəssam
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1977-1981)
Stillər Abstraksionizm, Ekspressionizm və digər
Mükafatları

"Art Excellence Awards 2020"
Beynəlxalq Müasir incəsənət Akademiyasının Qızıl Medalı.

Avropanın Şərəf ordeni

Mündəricat

Həyatı

Rəssam Nəcməddin Musa oğlu Hüseynov 12 iyun 1955-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. Çaylı səkkizillik məktəbin birinci sinfinə 1965-ci ildə daxil olub, 1973-cü ildə başa vurub. Doqquzuncu və onuncu sinifləri isə 1973–1975-ci illərdə Çaylı orta məktəbində davam etdirib. Tatarıstanda il yarım hərbi xidmətdə olub.

1977-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.

Yaradıcılığı

Nəcməddin Hüseynov incəsənətin ən parlaq, parlaqlığı qədər də mürəkkəb olan rəssamlıq kimi qədim sənətin yaradıcılıq pillələrinə hələ orta məktəbin üçüncü sinifdə oxuyarkən qədəm qoymuşdur. Rəssam, daxili gözəlliyi ilə həyatın obyektiv cizgilərini üst-üstə qoyaraq, sehrli fırçasından axan əlvan boyalarla güclü əsərlər yaratmış, əsərlərdə öz sözünü və fikirlərini aydınca ifadə edə bilmişdir. O, bütün janrlarda yaratdığı dilsiz-ağızsız portretlərdə təsviri o qədər real və xətasız işləmişdir ki, əsərlərə tamaşa edərkən ondan soyuqqanlıqla və xəyallara dalmadan kənarlaşmaq mümkün deyildir. Məhz bu baxımdan şərqin ən böyük alimlərindən olan akademik Xudu Məmmədov rəssam Hüseynovun əsərlərinə baxarkən "Siz şairsiniz" — deyə onu dahiyanə qiymətləndirmişdir.

Qeyd etmək lazımdır ki, Nəcməddin Hüseynov ilk növbədə fikir rəssamıdır. Onun süjetli əsərləri və portretləri insanı düşündürür, mənzərələri tamaşaçını ətrafına, gerçəkliyə diqqətlə baxmağa məcbur edir. Onun «Qaçqınlar», «Hücumdan sonra», «Xocalı faciəsi», «Həlledici an», «Müharibəli Novruz», «Savaşın sonu» və «Rejim» əsərlərində müstəqillik dövründə tuş gəldiyimiz təzadlı hadisələr, tarazlığı pozulmuş haqq-ədalət tərəzisinə münasibət özünün obrazlı-assosiativ bədii həllini tapıb. «Müharibəli Novruz»dakı görüntü sözün əsl mənasında rəssamın bədii tanıntısıdır. Boşqabın içərisində bir-birinə «qısılmış» güllələri dövrələyən al parça, mizin üzərindəki iki əl qumbarası qırmızı yerliyin qarşısında çox həyəcanlı qəbul olunur. «Savaşın sonu» əsərində isə kətanı atılmış top gülləsinin üzəri ilə əvəzləyən rəssam, təsvir etdiyi bir ayağını itirmiş qoltuq ağaclı müharibə veteranı ilə ədalətsiz nəticəni çağırışa çevirməyə nail olub. Belə təsvirin önündə yağı düşmənə qarşı nifrət hissini boğmaq çox çətindir.

Rəssamın çəkdiyi portretlərdə də təsvir olunanların daxili aləminə əsl sənətkar nüfuzu duyulur. Bu səbəbdən də onun «Mustafa kişi»si, «Bizim qonağ»ı, «Keçəl»i, «Aygün»ü, «Mənim babam»ı, «Xəyalə»si, «Ömrün payızı», «Təbəssüm»ü, «Portret»i psixoloji yükünə və bədii vasitələrin təsirliliyinə görə özünəməxsusdur.

Nəcməddin Hüseynov çəkdiyi çoxsaylı mənzərələrdə isə ovqat ifadəçisidir. «Külək», «Bizim məhəllə», «Ay işığı», «Göyəzən», «Çaylı», «Noyabr» və s. əsərlərində təbiətin və günün müxtəlif anlarının yaddaqalan, duyğulandırıcı bədii həllini tapıb.

«İstək», «Sevinc», «Təbəssüm», «İblis», «Şeytan», «»Fikrimin sübh çağı, «Bir dünya» əsərlərindəki şərtilik, stilizə və deformasiyalar isə rəssamın yaradıcılığındakı evolyusiyanın təzahürü olmaqla yanaşı, həm də onun yaşantılarını fəlsəfi qayə ilə bələyə bilməsinin görüntüsüdür. Bütünlükdə isə Nəcməddin Hüseynovun duyğularının gerçəkləşdirə bildiyi görüntülərini duyulası bədii-estetik məziyyələrinə görə uğurlu və yaddaqalan hesab etmək olar. Rəssam bütün insanları üçüncü - ata-anasının yaratdığı varlıq kimi qəbul edir. Yəqin ki, bu ifadəni bilavasitə yaradıcı insanlara, o cümlədən Nəcməddin Hüseynova yönəltməli olsaq, onun yaratdıqlarını da üçüncülərdən hesab etmək olar. Özü də əbədiyyət qazanmışlarından....

Sərgilər

1988-ci ildə UNESCO-nun xətti ilə Gəncədə keçirilən sərgiyə dəvət olunub.

Rəssamın Qazax rayon Dövlət Rəsm Qalereyasında (1999-cu il martın 20-də), yaşadığı Çaylı kəndinin mədəniyyət evində (2001-ci il mayın 22-də), Bakı Şəhərində (2018-ci ildə) sərgisi keçirilib. Keçirilən bu sərgilərdə 200-dən artıq müxtəlif illüstrasiyalarda rəsm əsərləri nümayiş etdirilib. Bu sərgilər rəssam Hüseynovun yaradıcılığına şöhrət qazandırıb.

2006-cı ildə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Rəssamın "Üçüncülər" adlı Rəsm toplusu (kataloq) işıq üzü görmüşdür.

Mükafatlar

  • Rusiyada Beynəlxalq Müasir İncəsənət Akademiyası və Rusiya Peşəkar Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən "Art Excellence Awards 2020" müsabiqəsində "Mənim Babam" adlı Əsəri Qızıl Medala layiq görülmüşdür.
  • Avropa Təbiət Elmləri Akademiyasının Fəxri Medalı.
  • “Gottfried Wilhelm Leibniz” adına Avropa Təbiət Elmləri Akademiyası tərəfindən Avropanın Şərəf Ordeni.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəcməddin hüseynov sözünün mənası, nəcməddin hüseynov haqqında məlumat. nəcməddin hüseynov nədir? nəcməddin hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 07, 2026

    Erisioni

  • Mart 06, 2026

    Sarılıqotu

  • Fevral 27, 2026

    Qəlsəməayaqlılar

  • Fevral 27, 2026

    Kosmik məkik

  • Mart 01, 2026

    Günəş Abbasova

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst