Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Los-Anceles Leykers (ing. Los Angeles Lakers) — ABŞ-nin Kaliforniya ştatında basketbol klubu. NBA-da Qərb Konfransına bağlı Sakit okean qrupunda mübarizə etməkd

Los-Anceles Leykers

  • Ana Səhifə
  • Vikipediya
  • Los-Anceles Leykers

Los-Anceles Leykers (ing. Los Angeles Lakers) — ABŞ-nin Kaliforniya ştatında basketbol klubu. NBA-da Qərb Konfransına bağlı Sakit okean qrupunda mübarizə etməkdədir. Ev qarşılaşmalarını Steypls-sentrdə oynamaqdadır. Leykers hal-hazırda bir çox mütəxəssisə görə tarixin ən müvəffəqiyyətli komandalarından biridir. 2010-cu ildəki qazanılan NBA çempionluğu ilə Leykersin cəmi 16 NBA çempionluğu var. 2013-cü ildə nəşr olunan "Forbes" jurnalının bir buraxılışına görə 1 milyard dollarlıq dəyəriylə NBA-da ən qiymətli ikinci komandadır.

Los-Anceles Leykers
LiqaNBA
Yaranma tarixi1 yanvar 1947 (79 il əvvəl) (1947-01-01)

Mündəricat

Tarixi

Leykers əslində Detroytda qurulan Detroyt Gems komandasının əsasında quruldu. Yalnız bir il Detroytdə qalan Gems (1946–1947), 1947-ci ildə Men Berqer və Morris Çalfn tərəfindən 15.000 $ qarşılığında satın alındı​​. Minneapolis şəhərinə daşınan klub Minneapolis Leykers adını aldı. İlk başlarda NBA mübarizə edən Leykers 1948-ci ildə NBA çempionu oldu. 1949-cu ildə yaradılan NBA-da sonra komanda Minneapolis adı ilə 6 ildə 5 çempionluq yaşadı. 1950-ci illərin sonunda yaşanan iqtisadi çətinliklər ilə birlikdə komanda 1960–61 mövsümünün əvvəlində Los-Anceles şəhərinə köçdü.

Corc Mikan (#99) Leykersin əfsanəsidir.

Cerri Vest liderliyində Los-Anceles 1960-cı illərdə 6 dəfə NBA Finallarına yüksəldi, ancaq çempionluğu ikisini başqa komandalara, 4-nü isə uzun davamlı bir əzəli rəqabətə girəcəkləri Boston Seltiksə qarşı itirdilər. 1968-ci ildə Leykers dörd dəfə MVP seçilmiş Vilt Çemberleyni heyətinə qatdı və 1969 ilə 1970 finallarında uduzduqdan sonra onlar yeni baş məşqçi Bill Şarmanın başçılığı altında 1972-ci ildə NBA çempionu oldular. Bu komandanın Los-Anceles şəhərində qazandığı birinci çempionluq oldu. Çamberleyn basketbolu buraxdıqdan sonra komanda bir başqa MVP seçilmiş Kərim Əbdül-Cabbarı heyətə qatdı, ancaq 1970-ci illərin sonları Leykers üçün uğursuz oldu. 1980-ci illərdə Leykers Maqik Conson liderliyində təməl olaraq fast brik hücumuna söykənən "Showtime" ləqəbli bir sistem üzərindən basketbol oynayırdı. Komanda bu hücum sistemi ilə 1985-ci ildə Seltiksə qarşı qazanılan çempionluq da daxil olmaq üzrə doqquz illik müddətdə beş çempionluq yaşadı. Abdul-Cabbar və Cohsonun ayrılmasından sonra Leykers 1996-cı ildə Şakvill O'Nil və Kobe Bryantı almadan öncə 1990-cı illərin əvvəllərində orta səviyyəli klub kimi mübarizə aparmağa başladı. O'Nil, Brayant və Fil Cekson liderliyində Los-Anceles Leykers 2000–2002 illəri arasında üst-üstə üç çempionluq yaşadı qazandı. Komanda beləcə tarixində ikinci dəfə ard-arda 3 çempionluq qazanmış oldu . 2004 və 2008-ci illərdə NBA Finallarını uduzan Leykers Kobe Bryantın liderliyi ilə 2009-cu ildə Orlando Maqikini, 2010-cu ildə isə Boston Seltiksi məğlub edərək iki çempionluq daha qazandı.

Nailiyyətləri

  • NBA çempionluğu : 17 dəfə (1948, 1949, 1950, 1952, 1953, 1954, 1972, 1980, 1982, 1985, 1987, 1988, 2000, 2001, 2002, 2009, 2010)
  • Konfederasiya çempionluğu : 31 dəfə (1949, 1950, 1952, 1953, 1954, 1959, 1962, 1963, 1965, 1966, 1968, 1969, 1970, 1972, 1973, 1980, 1982, 1983, 1984, 1985, 1987, 1988, 1989, 1991, 2000, 2001, 2002, 2004, 2008, 2009, 2010)
  • Amerika qrup çempionluğu : 32 dəfə (1948, 1950, 1951, 1953, 1954, 1962, 1963, 1965, 1966, 1969, 1971, 1972, 1973, 1974, 1977, 1980, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1998, 2000, 2001, 2004, 2008, 2009, 2010, 2011, 2012)

Formalar

  • Ev
    Ev
  • Səfər
    Səfər
  • Üçüncü
    Üçüncü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, los-anceles leykers sözünün mənası, los-anceles leykers haqqında məlumat. los-anceles leykers nədir? los-anceles leykers nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Alaxançallı

  • Mart 06, 2026

    Bağçalar

  • Fevral 27, 2026

    Tilzit sülhü

  • Fevral 27, 2026

    İmamlar

  • Mart 01, 2026

    Kanuan adası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst