Yavər Maarif oğlu Rzayev — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor, rejissor assistenti, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008).
| Yavər Rzayev | |
|---|---|
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | rejissor aktyor ssenarist |
| Təhsili |
|
| Mükafatları | |
Həyatı
1 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1975—1980-cı illərdə M.A.Əliyev adına ADİİ-da, 1985—1990-cı illərdə Moskvada ÜDKİ-da təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin rejissorudur.
2015-ci ildə "İlahi məxluq" filminə görə "Ən yaxşı orijinal ssenari" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
- Əlavə iz (film, 1981)
- Bəyin oğurlanması (film, 1985)
- Qəm pəncərəsi (film, 1986)
- Axırıncı addım (film, 1989)
- Haray (film, 1990)
- Dözümlü minarələr (film, 1991)
- Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
- Sarı gəlin (film, 1998)
- Keçid (film, 2005)
- Niyyət (film, 2010) (ssenari müəllifi)
- Sabiri düşünərkən... (sənədli film, 2010)
- İlahi məxluq (film, 2011)
- Aziya (film, 2015)
- Yarımçıq xatirələr (film, 2015) (ssenari müəllifi)
- Xeyirlə şərin rəqsi (film, 2015) (ssenari müəllifi, quruluşçu rejissor)
- Bizim Həsən müəllim (film, 2020)
- Cənnət yuxusu (film, 2025) (ssenari müəllifi)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yavər rzayev sözünün mənası, yavər rzayev haqqında məlumat. yavər rzayev nədir? yavər rzayev nə deməkdir?