Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bünyamin Qəmbərli 1964-cü ildə Naxçıvan rayonunun Nehrəm kəndində doğulub. 1971–1981-ci illərdə Nehrəm kənd orta məktəbində təhsil alıb. 1981–1985-ci illərdə Az

Bünyamin Qəmbərli

  • Ana Səhifə
  • Vikipediya
  • Bünyamin Qəmbərli

Bünyamin Nağdəli oğlu Qəmbərli (1964, Nehrəm, Naxçıvan rayonu) — azərbaycanlı siyasətçi

Bünyamin Qəmbərli
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələr üzrə katibi
30 aprel 2018 – avqust 2020
SədrQüdrət Həsənquliyev
Baş katibYaşar Kələntərli
ƏvvəlkiYaşar Kələntərli
SonrakıƏli Həziquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilati məsələlər üzrə katibi
7 yanvar 2013 – ?
SədrQüdrət Həsənquliyev
Baş katibSöhrab Abdullayev
ƏvvəlkiYaşar Kələntərli
SonrakıNiyaməddin Orduxanlı
Şəxsi məlumatlar
Doğum tarixi 1964(1964) (61–62 yaş)
Doğum yeri
  • Nehrəm, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi (1991–1995),
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995–1996),
  • Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (2012–2020)
Təhsili
  • Azərbaycan İdman Akademiyası
Fəaliyyəti siyasətçi

Mündəricat

Həyatı

Bünyamin Qəmbərli 1964-cü ildə Naxçıvan rayonunun Nehrəm kəndində doğulub. 1971–1981-ci illərdə Nehrəm kənd orta məktəbində təhsil alıb. 1981–1985-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunda təhsil alıb.

1985–2008-ci illərdə Nehrəm kənd 2 nömrəli orta məktəbində müəllim kimi fəaliyyətə göstərib.

2008-ci ildə Bakı şəhərinə köçmüşdür. 2008–2013-cü illərdə Yasamal rayonu 20 saylı məktəb-liseydə müəllim işləyib. 2009-cu ildən Azərbaycan Turizm və Menecment Universitetində müəllim işləyən Bünyamin Qəmbərli bu gün də ATMU-da Baş müəllim kimi fəaliyyətini davam etdirir.

Evlidir, 2 övladı var.

Siyasi-ictimai fəaliyyəti

1980-ci ildə Naxçıvanda "Azərbaycanın Bütövlüyü və Müstəqiilliyi Uğrunda" gizli təşkilata üzv qəbul olunan və 1988-ci ildə başlayan Xalq Hərəkatının Naxçıvandakı rəhbərlərindən biri olan Bünyamin Qəmbərli sonralar 1990–2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü, 1990–1996-cı illərdə Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan MR Vilayət Şöbəsi İdarə Heyətinin üzvü, 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Babək rayon şöbəsinin sədri olub. 1989-cu ildə Azərbaycanın Güneyi ilə Qüzeyi arasında Bütövlük və Müstəqillik ideyalarının daha geniş yayılması üçün Naxçıvanda başlayan Sərhəd Hərəkatını başlayanlardan və hərəkata rəhbərlik edənlərdən biri olan Bünyamin Qəmbərli eyni zamanda Azərbaycan torpaqlarının işğalına qarşı döyüşlərdə də həm rəhbər, həm də döyüşçü kimi iştirak etmişdir.

1990-cı ildə keçiriliən Parlament seçkilərində Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.

Bünyamin Qəmbərli 2005-ci il parlament seçkilərində 6 saylı Culfa-Babək seçki dairəsi üzrə deputatlığa bitərəf namizəd olmuş və 10.4% səs toplayaraq seçkiləri Yeni Azərbaycan Partiyası namizədi İsmayıl Hacıyev və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası namizədi Fətəli İmanovun ardınca 3-cü sırada tamamlamışdır.

2009-cu ildə "Nehrəm" Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri seçilən Bünyamin Qəmbərli 2011-ci ildə cəmiyyətin sədrliyindən istefa vermiş, 2012-ci ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri, 2013-cü ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Təşkilat Məsələləri üzrə, sonra isə Dünya Azərbaycanlıları və Türk dünyası ilə əlaqələr üzrə katibu olub. 2020-ci ilin avqust ayında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verib.

Həbsi

Bünyamin Qəmbərli 1996-cı ildə qanunsuz silah saxlamaq maddəsi (220-ci) ilə ittiham olunaraq 1.5 il müddətinə həbs olunmuşdur.

Daha sonra 2003-cü ildə isə 315-ci — vəzifəli şəxsə vəzifə başında güc tətbiq etmək maddəsi ilə 3.5 il məhkum edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bünyamin qəmbərli sözünün mənası, bünyamin qəmbərli haqqında məlumat. bünyamin qəmbərli nədir? bünyamin qəmbərli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Novqorod

  • Fevral 28, 2026

    Oraq

  • Mart 05, 2026

    Yoxsulların toyu

  • Fevral 28, 2026

    Daşburun dağı

  • Fevral 27, 2026

    Nətənz

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst