Qurugöl - İranın Şərqi Azərbaycan ostanının ərazisində yerləşən, adsız yüksəkliklərlə əhatələnmiş göl. Bostanabaddan 18 km şimal-qərbdə, Təbrizdən isə 40 km cənub-qərbdə yerləşir. Alyuvial çökəklikdə yerləşən göl, dəniz səviyyəsindən 1905 m hündürlüyə malikdir. Ətraf əraziləri bataqlıqlaşmışdır. Gölün sahəsi 129 ha, dərinliyi 5,0 m, həcmi isə 3 milyon kub. metr su tumumuna malikdir. Gölün qidalanmasında əsas rolu çaylar oynayır. Onlarda öz növbəsində qar suları ilə qidalanır. 23 iyun 1975-ci ildən Ramsar Konvensiyası ərazisinə daxil edilmişdir.
| Qurugöl | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Tökülən çay | yoxdur |
| Minerallaşma tipi | Şorsulu |
| Yerləşməsi | |
| 37°49′59″ şm. e. 46°40′00″ ş. u.HGYO | |
| Ölkə | |
| Yerləşməsi | Şərqi Azərbaycan ostanı (İran) |
![]() Qurugöl | |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qurugöl sözünün mənası, qurugöl haqqında məlumat. qurugöl nədir? qurugöl nə deməkdir?

