Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pastuxov daşsarmaşığı (lat. Hedera pastuchovii) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü.

Hedera pastuchovii

  • Ana Səhifə
  • Vikipediya
  • Hedera pastuchovii

Pastuxov daşsarmaşığı (lat. Hedera pastuchovii) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür.

Pastuxov daşsarmaşığı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Kərəvizçiçəklilər
Fəsilə:
Araliyakimilər
Yarımfəsilə:
Araliyakimilər
Cins:
Daşsarmaşığı
Növ:
Pastuxov daşsarmaşığı
Beynəlxalq elmi adı
  • Hedera pastuchovii Grossh., 1926
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  85359

Mündəricat

Təbii yayılması

Rusiya (Dağıstan) və Şimali İranda təbii arealı vardır. Azərbaycanda ilk dəfə Qusarda təsvir edilib.

Botaniki təsviri

Boyu 30–35 m-ə çatan, sarmaşan kol bitkisidir. Yarpaqları adətən qalın dəricikli, bəzən isə nazik dəricikli olur, üst tərəfdən tündyaşıl, alt tərəfdən açıq rəngli, hər iki tərəfdən çılpaq və yaxud alt tərəfdə seyrək ulduzabənzər pulcuqları vardır, uzunluğu 13 sm-ə, eni 7 sm-ə qədərdir, iysizdir. Yarpaqların forması dəyişkəndir: yerə sərilən budaqların yarpaqları dairəvi-ürəkşəkilli və tamkənarlıdır. Dırmaşan budaqların yarpaqları isə uzunsov-yumurtaşəkilli və neştərşəkilli formaya qədər, qaidə hissəsi dərin ürəkşəkillidən kəsilmiş və pazşəkilli formaya qədər dəyişir, tamkənarlı və ya bölümlüdür. Çiçək qrupu şarvari çətirdir, 5–20 çiçəklidir, çətirlər uzun, nazik ayaqcıqda, 2–6 sm uzunluqda, tək və ya 3–8 salxımlıdır. Bütün çiçək qrupu və yarpaqcıqların kənar hissəsi sıx, parlaq, sarı-qonur pulcuqlarla örtülüdür. Pulcuqlar çətinliklə seçilir. Meyvələri qara, 6–10 mm diametrindədir.

Ekologiyası

Rütubətli, gilli torpaqlarda yaxşı bitir, kölgəsevəndir. Əsasən kölgəli meşələrdə yayılmışdır. Antropogen amillərin təsiri və iqlim amillərinə həssaslığı təhlükə yarada bilər. Rütubətli, gilli torpaqlarda yaxşı bitir, kölgəsevəndir. Məhdudlaşdırıcı amillər sırasında meşələrin qırılması nəticəsində yaşayış mühitinin pisləşməsi ilk yerdə durur. Xüsusi qorunan ərazilərdə mühafizəsinin təşkili təklif olunur. Qorunması üçün yeni yasaqlıqların yaradılması zəruridir.

Azərbaycanda yayılması

Azərbaycanın nadir, relikt bitkisidir. Təbii ehtiyatı Azərbaycanda çox geniş deyildir. Zaqatala, Şəki, Qax, Quba, Xaçmaz, Qusar, Astara rayonları ərazilərində, Lənkəran ovalığında, Lənkəranın dağlıq hissəsində — ovalıqdan orta dağ qurşağına qədər yayılmışdır. Abşeronda mədəni şəraitdə becərilir. Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir.

İstifadəsi

Yüksək dekorativli dırmaşan koldur, yaşıllaşdırmada istifadə olunur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hedera pastuchovii sözünün mənası, hedera pastuchovii haqqında məlumat. hedera pastuchovii nədir? hedera pastuchovii nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Optik skaner

  • Mart 01, 2026

    Basellaceae

  • Fevral 25, 2026

    Alba Yuliya

  • Fevral 25, 2026

    Bakteriya

  • Fevral 24, 2026

    Lüksemburq dili

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst