Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Musayev Vaqif Hacı Rəsul oğlu (1950 – 29 noyabr 2019) — iş adamı, Dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı, iqtisad elmləri doktoru, professor (1998

Vaqif Musayev

  • Ana Səhifə
  • Vikipediya
  • Vaqif Musayev

Musayev Vaqif Hacı Rəsul oğlu (1950 – 29 noyabr 2019) — iş adamı, Dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı, iqtisad elmləri doktoru, professor (1998)

Vaqif Musayev
Vaqif Rəsul oğlu Musayev
Azərbaycan Yeyinti Sənayesi Konsernin Prezidenti
1993 – 1998
Azərbaycan SSR Ali Sovetinin deputatı
1990 – 1995
Şəxsi məlumatlar
Doğum tarixi 1950(1950)
Vəfat tarixi 29 noyabr 2019(2019-11-29) (68–69 yaşında)
Partiya
  • Azərbaycan Milli İstiqlal Partiyası
Fəaliyyəti iqtisadçı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri doktoru

Mündəricat

Həyatı

Vaqif Hacı Rəsul oğlu Musayev — 1950-ci ildə Lerik rayonunun, Lerik qəsəbəsində anadan olub.
1973–1974-ci illərdə ordu sıralarında hərbi xidmət keçmişdir. Uzun illər qənnadı fabrikinin, ət kombinatının, ticarət və ərzaq komitələrinin sədri olub.

Siyasi fəaliyyəti

1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub.

1995-ci il parlament seçkilərində Vaqif Musayev Azərbaycan Milli İstiqlal Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur. Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri 3-cü sırada tamamlamış və siyahısından ilk 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn deputat seçilmişdir. Vaqif Musayev isə deputat seçilə bilməmişdir.

iş fəaliyyəti

1974-cü ildə Sovxozlar Nazirliyinin Meyvə tingliyi trestində iqtisadçı vəzifəsinə təyin olunmuşdur, daha sonra Abşeron Südçülük sovxozunda baş iqtisadçı vəzifəsində işləmişdir.
1975-ci ilin avqust ayından Azərbaycan Tədarük Nazirliyinin "2 saylı Bakı Taxıl Məhsulları Kombinatında" satış üzrə iqtisadçı vəzifəsində çalışmış, daha sonra istehsalat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.
1979-cu ildə Bakı Bulka-Maya Kombinatında, 1980-ci ilin oktyabr ayından Gəncə Çörək -qənnadı İstehsalat Birliyinin baş direktoru olub.
1981-ci ilin fevral ayından Bakı Qənnadı Məhsulları Kombinatında direktor vəzifələrində işləmişdir.
1986–1988-ci illərdə Taxıl Məhsulları Nazirliyi sistemində rəhbər vəzifələrdə çalışmışdır.
1989-cu ilin fevral ayından Bakı Tütün Kombinatında, iyul ayından Bakı Mal-qara tədarük emal Elm İstehsalat Birliyində direktor vəzifəsində işləmişdir.
1993-cü ilin may ayında Azərbaycan Yeyinti Sənayesi Konsernin Prezidenti olmuşdur.

Elmi fəaliyyəti

1968-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "İqtisadiyyatın və kənd təsərrüfatının təşkili" fakültəsinə qəbul olunmuşdur.
1973-cü ildə həmin təhsil ocağını bitirmişdir.
1977-ci ildə İstehsalatdan ayrılmamaqla "Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun" qiyabi şöbəsinə daxil olmuşdur.
1982-ci ildə "İqtisadiyyatın və Ərzaq məhsulları sənayesinin təşkili" ixtisasını uğurla başa vurmuşdur.
1991-ci ildə dissertasiya müdaviə edərək iqtisad elmləri namizədi elmi adını almışdır.
1998-cı ildə doktorluq dissertasiyası müdafiə edərək "İqtisad elmlər doktoru" elmi adını almışdır.

Müəllifi olduğu elmi işlər

  • 5 müəllif şəhadətnaməsinin və patentin müəllifidir.
  • 27 elmi məqalə.
  • 11 monoqrafiyanın və dərsliklərin müəllifidir

Mükafatları

  • Azərbaycan Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması istiqamətində fəaliyyətinə görə Azərbaycan-Amerika Ticarət Palatası tərəfindən təsis olunmuş "Hacı Zeynalabdin Tağıyev" mükafatı ilə təltif edilib.
  • Azərbaycan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "Akademik Yusif Məmmədəliyev" mükafatı.
  • Azərbaycan İstehsalat rəhbəri kimi Ümumittifaq Xalq Təsərrüfatı Naliyyətləri Sərgisinin qızıl, gümüş, bürünc mükafatlarına layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vaqif musayev sözünün mənası, vaqif musayev haqqında məlumat. vaqif musayev nədir? vaqif musayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Siyasi rejim

  • Mart 01, 2026

    Alyaska marmotu

  • Mart 01, 2026

    Proqressivizm

  • Fevral 27, 2026

    Sulutəpə

  • Mart 06, 2026

    Hovard Karter

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst