Aşağı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
| Aşağı Tala | |
|---|---|
| 41°36′12″ şm. e. 46°38′22″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Zaqatala rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 451 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Aşağı Tala | |
Coğrafiyası və iqlimi
Aşağı Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır. Şimali-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan isə Əli Bayramlı kəndinin bəzi hissələri ilə həmsərhəddir.
Kəndin ərazisi 3.327 hektardır.
Əhalisi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 6.830 nəfərdir, milli tərkibcə əsasən azərbaycanlılar ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub.
| Etnik qrup | Sayı, 1970 sa. | Nisbəti, 1970 sa. |
|---|---|---|
| cəmi | 3 842 | 100 % |
| azərbaycanlı | 3 738 | 99. 9 % |
| ləzgi | 0.0 % | |
| saxur | 0 | 0.0 % |
| rus və ukraynalı | 5 | 0.1 % |
| avar | 1 | 0.0 % |
| tatar | 1 | 0.0 % |
| erməni | 0 | 0.0 % |
Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Aşağı Tala Bələdiyyəsi tərəfindən idarə olunur.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Burada "Azərtütün" MMC-nin illik istehsal gücü 3500 ton olan, MDB-də ən müasir olduğu iddia edilən tütün emalı zavodı yerləşir.
Mədəniyyəti
Kənddə üç orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, klub, 3 kitabxana, 2 məscid binası, 3 hücrə, futbol meydançası var.
Tarixi abidələri
- Ömər Əfəndi ziyarətgahı.
Tanınmışları
- Qurban Qurbanov — keçmiş azərbaycanlı futbolçu, məşqçi.
- İlkin Qırtımov — azərbaycanlı futbolçu, Neftçi PFK nın müdafiəçisi.
- Sevil Qazıyeva — Azərbaycan SSR-də ilk qadın mexanizator.
- İsgəndər Dəmirbəyli — Qarabağ müharibəsidə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur
- Bədəlov Valeh Vahid oğlu -Vətən Müharibəsi Qəhrəmanı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aşağı tala sözünün mənası, aşağı tala haqqında məlumat. aşağı tala nədir? aşağı tala nə deməkdir?
