Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Asporça Xatun (Bizans imperiyası – 1362, Bursa; doğum adı Şahzadə Asporça) — Osmanlı sultanı Orxan Qazinin ikinci həyat yoldaşı və Bizans imperatoru olan II And

Asporça Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Asporça Xatun

Asporça Xatun (Bizans imperiyası – 1362, Bursa; doğum adı Şahzadə Asporça) — Osmanlı sultanı Orxan Qazinin ikinci həyat yoldaşı və Bizans imperatoru olan II Andronik Paleoloqun qızıdır. Bizans imperatoru Andronik Osmanlı hücumlarının qarşısının alınması düşüncəsi ilə qızını düşmən dövlətin hökmdarına ərə vermişdir.

Asporça Xatun
Şəxsi məlumatlar
Doğum yeri
  • Bizans imperiyası
Vəfat tarixi 1362(1362)
Vəfat yeri
  • Bursa, Osmanlı imperiyası
Həyat yoldaşı
  • I Orxan

Həyatı

Şahzadə Asporça və Orxan Qazi 1316-cı ildə evlənmişdirlər. Lakin bu evliliyə baxmayaraq, Bizans-Osmanlı müharibələri davam etmiş və bu evlilikdən sonra Asporça Xatun da Orxan Qazinin birinci həyat yoldaşı olan Nilüfər Xatun kimi İslamı qəbul edərək və müsəlman olmuşdur. Bu evlilikdən gələcəkdə Əskişəhərdə sancaqbəyi olacaq Şahzadə İbrahim, Şahzadə Şərəfullah, Səlcuq Xatun və Fatma Xatun dünyaya gəlmişdirlər. Həm Bizans, həm də türk tarixçiləri onun daha çox övladı olduğunu zənn edirlər.

1323-cü ildə yaratdığı vəqfinə oğlu Şahzadə İbrahimi qəyyum təyin etmişdir. O, xeyirxah əməlləri ilə xalqın sevdiyi qadına çevrilməyi bacarmışdır. Bağışladığı (vəqf etdiyi) əmlaklarından əldə edilən gəlirlərə qoyduğu şərtlər isə aşağıdakı kimi olmuşdur:

  1. Üç hafiz bazar ertəsi və cümə gecələri Asporça Xatuna və onun övladlarına Quran oxumalı;
  2. Ramazan və Qurban bayramlarında kasıblara yemək paylanılmalı
  3. Müqəddəs gecələrdə şam yandırılmalı.

I Osman Narlı kaplı ərazisində yerləşən kəndləri və bir çox başqa torpaqları gəlininə bağışlamışdır.

Ölümü və dəfn edilməsi

Orxan Qazi vəfat edəndən sonra onun Nilüfər Xatundan olan oğlu I Murad taxta çıxmışdır. Şahzadə İbrahim isə qardaşının sultanlığını qəbul etməyərək ona qarşı üsyan etmişdir. Üsyan yatırıldıqdan sonra isə Şahzadə İbrahim I Muradın əmri ilə edam edilmişdir.

1362-ci ildə Orxanın vəfatından sonra Asporça Xatun hələ də sağ idi. Onun dəqiq vəfat tarixi bilinmir. Ölümündən sonra Bursadakı Orxanın məzarında dəfn edilmişdir. Lakin əsrlərlə davam edən zəlzələlər və yanğınlara görə XIX əsrdə Bursanın sultan türbələri əsaslı şəkildə təmir edilmiş və hal-hazırda I Osmanın məqbərəsində Asporça Xatunun və onun böyük oğlu olan Şahzadə İbrahimin sarkofaqı yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, asporça xatun sözünün mənası, asporça xatun haqqında məlumat. asporça xatun nədir? asporça xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Uluxanlı

  • Mart 01, 2026

    Austerlits döyüşü

  • Fevral 27, 2026

    Porfiri

  • Fevral 27, 2026

    Sent-Endryus Universiteti

  • Mart 06, 2026

    Hemerocallidoideae

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst