Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tümenski — Krasnodar diyarının Tuapsenski rayonunda yerləşən qəsəbə. Qəsəbə Nebuq kənd yaşayış ərazisinə daxildir.

Tümenski

  • Ana Səhifə
  • Vikipediya
  • Tümenski

Tümenski — Krasnodar diyarının Tuapsenski rayonunda yerləşən qəsəbə. Qəsəbə Nebuq kənd yaşayış ərazisinə daxildir.

Tümenski
rus. Тюменский
44°10′00″ şm. e. 38°58′30″ ş. u.HGYO
Ölkə  Rusiya
Region Krasnodar diyarı
Rayon Tuapsinski rayonu
Rayon Nemuq
İcma Nemuq
Tarixi və coğrafiyası
Əsası qoyulub 1965
Mərkəzin hündürlüyü 124 m
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 2.338 nəfər (2010)
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86167
Poçt indeksi 352848
Xəritəni göstər/gizlə
Tümenski xəritədə
Tümenski
Tümenski
Tümenski xəritədə
Tümenski
Tümenski

Mündəricat

Coğrafiyası

Qəsəbə Qara dəniz sahilində, Kazaçya Şel dərəsində yerləşir. Tuapsedən 11 km şimal-qərbdə və Krasnodar şəhərindən 93 km cənubda yerləşir. Qəsəbədən A-147 "Tuapse-Novorossiysk" federal avtomobil yolu keçir.

Şimal-qərbdə Mayski və cənub-şərqdə Nebuq yaşayış məntəqələrinin əraziləri ilə həmsərhəddir.

Qəsəbə Qara dəniz sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Qəsəbə şam və enliyarpaqlı meşələrlə əhatə olunmuş dağ silsilələri ilə əhatə olunmuşdur. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 124 metr yüksəklikdədir. Kəndin qərbində — Milyonı (427 m) və Saray Qora (433 m) dağları var. Kazaçka çayının yuxarı axınında Lysaya dağı (821 m) yüksəlir.

Hidroqrafik şəbəkəsi əsas Kazaçka çayı ilə xarakterizə olunur. Çayın kiçik qolları var. Kazaçka çay hövzəsində qədim — dolmenlər rast gəlinir.

Tümenski qəsəbəsinin iqlimi mülayim və subtropik qurşaqlarının sərhəddində yerləşir. Qəsəbənin iqliminə Qara dəniz üzərində formalaşan hava kütlələri təsir edir. Havanın orta illik temperatur +13°С-dir. İyul ayının orta temperaturu +23°С olur. Yanvarın orta temperaturu isə +4°С-dir. Əraziyə düşən yağıntıların illik miqdarı 1100 mm-dir. Yağıntılar əsasən payız-qış aylarında düşür.

Tarixi

"Kazaçya Şçel" xutoru 1965-ci ildə yaradılıb. 1972-ci ildə təsərrüfatda 17 təsərrüfat var idi. 1973-cü ildə "Kazaçya Şel" xutorunun yerində Surqut sağlamlıq mərkəzinin maliyyə dəstəyi ilə sanatoriyalar və pansionatlar tikilməyə başlandı. 1977-ci ildə xutor qəsəbə statusu aldı və xutora Tümenski adı verildi.

Əhalisi

1987-ci ildə qəsəbədə 1493 nəfər yaşayırdı. 1999-cu ildə qəsəbə əhalisinin sayı 2496 nəfər olmuş. 2010-cu ilin Ümumrusiya əhalinin siyahıyaalınmasına görə qəsəbədə əsasən ruslar, ukraynalılar və adıqlar yaşayır.

İqtisadiyyatı

Qəsəbənin iqtisadiyyatında xidmət sahəsi üstünlük təşkil edir. Kənddə onlarla sanatoriya, pansionat, istirahət mərkəzləri, düşərgələr və s. fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tümenski sözünün mənası, tümenski haqqında məlumat. tümenski nədir? tümenski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İmmiqrant

  • Mart 01, 2026

    Teodor Drayzer

  • Mart 06, 2026

    Ənvər Bariyev

  • Fevral 27, 2026

    İohann Bernulli

  • Mart 01, 2026

    Blokçu (voleybol)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst