Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tikmə — müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma.

Tikmə

  • Ana Səhifə
  • Vikipediya
  • Tikmə

Tikmə — müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma.

Mündəricat

Tarixçə

Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daşqaşdan da geniş istifadə edilmişdir.

Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuşdur. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlamışdır.

Azərbaycan tikmələri barədə məlumata IX–XI əsr ərəb müəlliflərinin və klassik şairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik.

Orta əsr bədii tikmə sənətinin istehsal mərkəzləri arasında Təbriz, Ərdəbil, Gəncə, Şamaxı və s. şəhərlər mühüm yer tuturdu. Təbrizdə XVI əsrdə Səfəvi şahlarının xüsusi karxanaları var idi. 1530-cu ildə I Şah Təhmasibin kənizlərindən 20 nəfərinə Təbrizdəki xüsusi toxuculuq karxanasında güləbətin tikmə öyrədilmişdi.

XVIII–XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini itirir, güləbətin, pilək, zərənduz və s. tikmə növləri tədricən aradan çıxmağa başlayır. Bunun müqabilində təkəlduz tikmə ənənələri hələ də davam edirdi.

XIX əsrdə bədii tikmənin müxtəlif növləri ilə evlərdə kənd və şəhər qadınları, dükanlarda isə kişilər məşğul olurdu. Təkəlduz dükanlarında peşəkar ustalar (tikməbəndlər) yalnız "təkəlduz"la; evlərdə isə qadınlar bədii tikmənin qalan növləri (güləbətin, xanduz, zərənduz, muncuq, pilək, oturtma, örtmə, cülmə və s.) ilə məşğul olurdu.

Təkəlduz tikmədə naxışlar "gozəmə və ya doldurma" usulu ilə icra olunurdu.

Bədii tikmə Azərbaycanda parça istehsalının tarixi çox qədimdir.16–17-ci əsrlərdə Azərbaycanda parçaların üzəri üç üsulla bəzədilərdi.

Tikmə növləri

Azərbaycan tikmə növləri

Texnikaya görə
  • Güləbətin (tikmə) — qızılı və gümüşü saplarla tünd rəngli parçalar üzərində tikilir
  • Təkəlduz tikmə — rəngli ipək saplarla tünd mahud üzərində tikilir
  • Saya tikmə — güləbətin və təkəlduzun tam əksi olaraq, burada rəngli ipək və yun saplarla pastelrəngli (açıqrəngli) parçaları işləyirlər
  • Xanduz tikmə — şəbəkəli parça üzərində tikilir.
  • Sanama tikmə — səhvən "krest" (xaçşəkilli tikmə) adlandırılır
  • Xovlu tikmə — tikişmiş (toxunulmamış) xalça texnikası
Materialına görə
  • Pilək tikmə — əlvan yastı pulcuqlu tikmə
    • Çaxma pilək tikmə (zərənduz)
  • Muncuqlu tikmə
  • Örtmə tikmə
    • Doldurma tikmə — ikitərəfli tikmə üsuludur
  • Qurama tikmə — müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gəlir
  • Oturtma tikmə (qondarma tikmə) — ayrıca parçalardan kəsilmiş bəzək başqa bir parça üzərinə qoyulur və bərkidilir.
  • Cərənduz
  • Düymələmə tikmə
  • qaragöz
  • sərmə
Naxışlarına görə bir neçə yerə bölünür
  • həndəsi
  • nəbati (bitki), heyvanlar
  • Quşgözü tikmə (cınağı, cülmə)
  • Məlilə (spiral, sarmal tikmə)
  • zəncirə

Digər türk xalqlarının tikmə növləri

Güləbətin, təkəlduz və s. tikmə növləri başqa adlar altında digər türk xalqlarında da yayğındır.

Tikmə janrları

Portret, miniatür, qrafika, mənzərə, siluet, hüsnxət, həndəsi və nəbati naxış kompozisiyaları.

Tikmə sənəti UNESCO-da

Çinin Haynan əyalətində yaşayan Li etnik qrupunun tikmə növləri 2009-cu ildə UNESCO-nun Təcili Qorumaya Ehtiyacı Olan Mədəni İrs Listəsinə, Əlcəzairin və Macarıstanın tikmə sənəti 2012-ci ildə UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsinə daxil olub.

Qalereya

Tikməçi-rəssamlar

  • Mehriban Xəlilzadə
  • Rəhman Yunusov
  • Haşım Hacıyev

Filmoqrafiya

  1. Naxışların yaddaşı (film, 1973)
  2. Xalq istedadları (film, 1974)
  3. Təkəlduz (film, 1985)
  4. Əllərin sehri (film, 2007)

Həmçinin bax

  • Qasımuşağı tikmələri
  • Azərbaycan milli geyimləri
  • Azərbaycan xalçaları
  • Nağda bədii tikmə növü

Ədəbiyyat

  • "Naxçıvan tikmələri" kitabı.

Video

  • Lider Tv Online — Bədii Tikmə Sənəti Müasir Texnologiyada
  • Traditional Li textile techniques: spinning, dyeing, weaving and embroidering
  • Folk art of the Matyó, embroidery of a traditional community
  • UNESCO-UNEVOC — Needle and thread

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tikmə sözünün mənası, tikmə haqqında məlumat. tikmə nədir? tikmə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Düz Rəsullu

  • Fevral 27, 2026

    Sibuyan dənizi

  • Mart 02, 2026

    Tiqran Avinyan

  • Mart 04, 2026

    Ceyms Meys

  • Mart 01, 2026

    Tapqaraqoyunlu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst