Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gә

Düz Rəsullu

  • Ana Səhifə
  • Vikipediya
  • Düz Rəsullu

Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var.

Düz Rəsullu
40°39′33″ şm. e. 45°28′09″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Gədəbəy rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.531 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 632 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2137
Xəritəni göstər/gizlə
Düz Rəsullu xəritədə
Düz Rəsullu
Düz Rəsullu

Mündəricat

Tarixi

Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb. Rəsulun nəsil ardıcdlığı üzrə-ata, oğul, nəvə, nəticə, kötükcə, ötüycə, itiycə sistemi üzrə 15 nəfərdən çox nəsl davamçıları bu kənddə doğulmuşdur.

Kənd əsasında 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası

Kiçik Qafqaz dağlarının şimal yamacındadır. Oykonim düz və Rəsullu (r-nun ərazisində məskunlaşmış rəsullu nəslinin adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib, "düzənlikdə salınmış Rəsullu kəndi" mənasındadır. Toponimin birinci komponenti kəndin relyefini təyin etməklə onu ərazidəki Çay Rəsullu kəndindən fərqləndirməyə xidmət edir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 632 nəfər əhali yaşayır.

Tanınmış şəxsiyyətləri

  • Nahid Hacızadə — Ssenari müəllifi, Kino redaktoru, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru.
  • Əbülhəsən Abbasov — Fəlsəfə elmləri doktoru, professor.
  • İzzət Rüstəmov — Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru.
  • Xəlil İsmayılov — Tarix elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universitetinin kafedra müdiri.
  • Nazim Hüseynli — Fəlsəfə elmləri doktoru, professor, Beynəlxalq Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü.
  • Sabir Abbasov (alim) — Kimya elmləri namizədi, Azərbaycan Poletexnik İnstitutunun Kimya kafedrasında dosent.
  • Mahəddin Abbasov (kimyaçı) — Texnika elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi.
  • Kamil Abdullayev (iqtisadçı alim) — İqtisad elmləri namizədi.
  • Cahangir Rüstəmov — Azərbaycanlı hərbçi, alay komandiri.
  • Qara Məşədiyev — Fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor.
  • Məzahir Rüstəmov — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
  • Vaqif Məmmədov (ssenarist) — “Əməkdar mədəniyyət işçisi”, senarist, redaktor.
  • Köçəri Məmmədov — Azərbaycan operatoru.
  • Yusif Zeynalov — Biologiya üzrə fəlsəfə doktoru, dosent.
  • Aşıq Altay Məmmədov və ya (Aşıq Altay filologiya üzrə fəlsəfə doktoru. ADMİU-nin baş müəllimi.
  • Tofiq Rəsulov — Fəlsəfə elmləri namizədi, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi.
  • Fəxri Müslüm — Şair, publisist, iqtisad üzrə fəlsəfə doktoru.
  • Nizami Zeynalov (Riyaziyyat müəllimi — Azərbaycan Respublikasının əməkdar müəllimi.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

  • Düz Rəsullu bələdiyyəsi
  • Gədəbəy rayonu
  • Gərməşöylü
  • Hüseynqulular
  • Rəhimli (Gədəbəy)
  • Təkyemişan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Düz Rəsullu haqqında məlumat. Düz Rəsullu nədir? Düz Rəsullu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Tüilri bağı

  • Fevral 27, 2026

    Cinsi həvəs

  • Fevral 24, 2026

    Hərbi diktatura

  • Fevral 25, 2026

    Sinir

  • Fevral 27, 2026

    Torsteyn Veblen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst