Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zaur Əlihüseyn oğlu Rzayev (28 yanvar 1952, Karrar, Kürdəmir rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs ansamblının rəhbəri, Azə

Zaur Rzayev

  • Ana Səhifə
  • Vikipediya
  • Zaur Rzayev
Bu məqalə müğənni Zaur Rzayev haqqındadır. General Zaur Rzayev üçün Zadir Rzayev səhifəsinə baxın.

Zaur Əlihüseyn oğlu Rzayev (28 yanvar 1952, Karrar, Kürdəmir rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs ansamblının rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (2003). Dağıstan Respublikasının xalq artisti (2008).

Zaur Rzayev
Ümumi məlumatlar
Doğum tarixi 28 yanvar 1952(1952-01-28) (74 yaş)
Doğum yeri
  • Karrar, Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə
Fəaliyyət illəri 1969-cu ildən
Janrlar xalq musiqisi, estrada[d], muğam
Təhsili
  • Azərbaycan Dövlət Konservatoriyası (1980)
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20032003 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 19981998 Dağıstan Respublikasının xalq artisti — 20082008 Dağıstan Respublikasının əməkdar incəsənət xadimi — 20002000

Həyatı

Zaur Rzayev 28 yanvar 1952-ci ildə Kürdəmir rayonunun Karrar qəsəbəsində dəmiryolçu Əlihüseyn Rzayevin ailəsində anadan olub. Kiçik yaşlarında ailəsi ilə Hacıqabula köçmüş, burada yerləşən 5 nömrəli orta məktəbdə təhsilinə başlamışdır. 8-ci sinfə qədər burada oxuduqdan sonra Bakıya gələrək təhsilini əvvəlcə Bakı Kitabxanaçılıq Texnikumunda, sonra isə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsilini davam etdirmişdir. Bir müddət sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblına solist götürülmüşdür.

Zaur Rzayev 1976-cı ildə Bakı Zabitlər Evində hərbi xidmətə başlamış, elə həmin ildən də buranın solisti olmuş, Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olmuşdur. Sonradan Azərbaycan Dövlət Mahnı Teatrında solist kimi fəaliyyət göstərmiş, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olaraq təhsilini davam etdirmişdir. 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs Ansamblının rəhbəri kimi çalışmağa başlamışdır.

Zaur Rzayevə 24 iyun 1998-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2000-ci ildə "Dağıstan Respublikasının əməkdar incəsənət xadimi", 25 iyun 2003-cü ildə "Azərbaycan Respublikasının xalq artisti", 22 aprel 2008-ci ildə isə "Dağıstan Respublikasının xalq artisti" fəxri adları verilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zaur rzayev sözünün mənası, zaur rzayev haqqında məlumat. zaur rzayev nədir? zaur rzayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saybalı (Ağdam)

  • Fevral 27, 2026

    Sarı-qırmızı astrakanta

  • Fevral 28, 2026

    Vasili İvançuk

  • Fevral 27, 2026

    Jujan xaqanlığı

  • Mart 04, 2026

    Anzak

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst