Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sergey Sergeyeviç Kramarenko (27 may 1946, Gəncə, Azərbaycan SSR — 25 mart 2008, Moskva, Rusiya) — sovet futbolçusu, SSRİ İdman Ustası (1966). Futbolçu karyeras

Sergey Kramarenko

  • Ana Səhifə
  • Vikipediya
  • Sergey Kramarenko

Sergey Sergeyeviç Kramarenko (27 may 1946, Gəncə, Azərbaycan SSR — 25 mart 2008, Moskva, Rusiya) — sovet futbolçusu, SSRİ İdman Ustası (1966). Futbolçu karyerasında qapıçı mövqeyində çıxış etmişdir.

Sergey Kramarenko
Ümumi məlumatlar
Tam adı Sergey Sergeyeviç Kramarenko
Doğum tarixi 27 may 1946
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 25 mart 2008 (61 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Boyu 185 sm
Çəkisi 82 kq
Mövqeyi qapıçı
Karyerası
Klub karyerası
SSRİ Dinamo Kirovabad
1964—1975 SSRİ Neftçi 262 (-224)
1976 SSRİ Çernomorets Odessa 26 (-33)
1977—1981 SSRİ Neftçi 69 (-89)
1982 SSRİ Xəzər Lənkəran
1983—1984 SSRİ Neftçi 41 (-55)
Məşqçisi olduğu klublar
1986—1987 SSRİ Dinamo Gəncə
1989 SSRİ Xəzər
1990 SSRİ Göyəzən
1993 Azərbaycan Neftçi

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Bioqrafiya

Sergey Kramarenko futbol oynamağa anadan olduğu Gəncə şəhərində başlayıb. Karyerasının çox hissəsini Bakının "Neftçi" klubunda keçirib. 1966-cı ildə "Neftçi" ilə SSRİ çempionatının bürünc mükafatını qazanıb. 1971-ci ildə hakimi vurduğu üçün 3 il futboldan diskvalifikasiya edildi, lakin 1973-cü ildə yenidən birinci liqada "Neftçi"də çıxış etməyə başlayıb.

Kramarenko SSRİ çempionatının yüksək liqasında oyun sayı baxımından Azərbaycan futbolunda rekordunu əlində saxlayır — 313 qarşılaşma (ləğv edilmiş bir matç da daxil olmaqla).

Karyerasını bitirəndən sonra məşqçilik etməyə başlayıb. Kramarenko "Göyəzən", "Xəzər Lənkəran", "Neftçi" klublarında çalışıb.

25 mart 2008-ci ildə Moskvada vəfat edib.

2008-ci ilin iyun ayında "Neftçi" klubu Sergey Kramarenko adına mükafat təsis edib. Mükafat Azərbaycan çempionatının ən yaxşı qapıçısına verilir (qapıçı mütəxəssislər və jurnalistlər arasında keçirilmiş sorğu əsasında müəyyənləşir).

Sergey Kramarenkonun oğlu Dimitri Kramarenko da qapıçıdır. Uzun müddət Azərbaycan yığmasının şərəfini qorumuş oğul Kramarenko hazırda "MOİK Moskva" klubunda qapıçılar üzrə məşqçidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sergey kramarenko sözünün mənası, sergey kramarenko haqqında məlumat. sergey kramarenko nədir? sergey kramarenko nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bəydili (Biləsuvar)

  • Fevral 27, 2026

    Osminoq

  • Mart 06, 2026

    Fenilsirkə turşusu

  • Fevral 24, 2026

    15 mart

  • Mart 06, 2026

    Ephedra

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst