Şahrudin Məhəmməd oğlu Məhəmmədəliyev (12 iyun 1994, Mahaçqala) — ləzgi əsilli azərbaycanlı futbolçu, Azərbaycan milli komandasının və "Qarabağ" futbol klubunun qapıçısı.
| Şahrudin Məhəmmədəliyev | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ləqəbi | Şah | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 12 iyun 1994 (31 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 1,84 m | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | qapıçı | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub | | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Nömrəsi | 1 | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası
Şahrudin, 2009-cu ildə Moskvanın "Torpedo" klubunun uşaq komandasına qoşularaq futbol öyrənməyə başlayır.
2013-cü ildə Rusiya həvəskarlar liqasında oynayan "Strogino" klubuna qoşulur.
2013-cü ilin yayında futbolçu Azərbaycanın "Şahdağ Qusar" klubunda peyda olur.
2014-cü ilin yayında "Sumqayıt" klubuna dəvət edilir. Şahrudinin "Sumqayıt" klubunda debütu 8 fevral 2014-cü ildə "Şüvəlan" klubuna qarşı oyunda baş tutur.
16 yanvar 2016-cı il tarixində "Qarabağ" klubuyla müqavilə imzalayır. Klubdakı debütünü 6 fevral 2016-cı ildə Azərbaycan Premyer Liqasında "Xəzər-Lənkəran" ilə olan oyunda (3:0) baş tutur. 20 may 2019-cu ildə "Qarabağ FK" ilə yeni üç illik müqavilə imzalayır.
Avropadakı ilk oyunu 2019-cu ildə UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqun "F91 Düdelanj" komandasına qarşı oyunda baş tutur.
Məhəmmədəliyev 2023-2024 sezonunu Türkiyənin "Adana Dəmirspor" klubunda oynayıb. 2024-cü ilin 18 iyulunda o, "Qarabağ" ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayaraq yenidən kluba dönüb.
Uğurları
Klub
Qarabağ FK
- Azərbaycan Premyer Liqası çempionu: (5) 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23
- Azərbaycan Premyer Liqası gümuş medal: 2020/21
- Azərbaycan Kuboku: (2) 2015–16, 2016–17
Milli komanda
Azərbaycan U-23 milli komandası
- İslam Həmrəyliyi Oyunları: (1) 2017
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şahrudin məhəmmədəliyev sözünün mənası, şahrudin məhəmmədəliyev haqqında məlumat. şahrudin məhəmmədəliyev nədir? şahrudin məhəmmədəliyev nə deməkdir?
