Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Futbol klubu AMMK adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский

Şüvəlan FK

  • Ana Səhifə
  • Vikipediya
  • Şüvəlan FK

Şüvəlan FK — Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil etmiş peşəkar futbol klubu.

AZAL FK
Klubun tam adı Şüvəlan Futbol Klubu
Ölkə
  •  Azərbaycan
Ləqəb(lər) Təyyarəçilər
Rəng(lər) sarı-qara
Yaranma tarixi 1996
Bağlama tarixi 2019
Stadionu AZAL Arena - Şüvəlan
Tutumu 3000
Prezidenti Azərbaycan Zaur Axundov
Baş məşqçisi Azərbaycan Aqil Nəbiyev
Liqa Azərbaycan Birinci Liqası
2018-2019 7
Ev forması
Səfər forması
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adları

  • AMMK (1996–2005)
  • Olimpik (2005–2009)
  • Olimpik-Şüvəlan (2009–2010)
  • AZAL (2010 −2017)
  • Şüvəlan FK (2017-2019)

Tarix

Futbol klubu AMMK adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb. 2005/2006-cı il mövsümündə komanda Azərbaycan Çempionatında 12-ci yeri tutub. 2006/2007-ci il mövsümündə komanda heyətini gücləndirərək qarşısına iddialı məqsədlər qoyub. Xüsusən ölkəmizin ən güclü məşqçilərindən biri olan Əsgər Abdullayevin gəlişindən sonra "Olimpik" daha yaxşı nəticələr qazanmağa başlayıb. 2006/2007-cil mövsümünü 5-ci yerdə bitirən klubumuz 2007/2008-ci il mövsümündə çempionluğu son turda əldən vermiş və vitse-çempion adını qazanmışdır. 2008/2009-cu illər Avrokuboklar mövsümündə ölkəmizi UEFA-nın klub yarışlarında təmsil edən "Olimpik" birinci təsnifat mərhələsində Serbiyanın "Voyvodina" komandası ilə qarşılaşmışdır. İlk oyunda səfərdə 1–0 hesabı ilə məğlub olan "Olimpik" Bakıdakı oyunda heç-heçə (1–1) etmişdir. Bununla da klubumuz mərhələ keçmək vəzifəsinin öhdəsindən gələ bilməmişdir.

2009–2010-cu il mövsümündən etibarən klubun adı "Olimpik-Şüvəlan" adına dəyişdirilib.. 2010/11 mövsümündən isə futbol klubu AZAL adlandırılıb. Komanda 3 may 2017-ci ildə fəaliyyətini dayandırsa da 3 gündən sonra yenidən fəaliyyətini bərpa etdi. Komanda Birinci Divizyonda yeni adla -"Şüvəlan" adı altında çıxış edir.

Uğurları

  • Azərbaycan Premyer Liqası:
    • Gümüş medal — 2007/2008
  • Azərbaycan Birinci Liqası
    • Birinci yer — 2004/2005

Premyer-liqada və kubokda çıxışı

Sezon Divizion Yer O Q H M QV QB X Azərbaycan Kuboku
2004/05 2nd 1 14 10 3 1 25 9 33 1/16 Final
2005/06 1st 12 26 5 8 13 15 27 23 1/8 Final
2006/07 1st 6 24 11 8 5 28 17 41 1/8 Final
2007/08 1st 2 26 17 7 2 29 7 58 1/4 Final
2008/09 1st 6 26 12 8 6 32 18 44 1/4 Final
2009/10 1st 7 42 16 13 13 47 29 61 1/2 Final
2010/11 1st 4 32 13 10 9 36 28 49 1/2 Final
2011/12 1st 7 32 12 8 12 44 44 44 1/4 Final
2012/13 1st 7 32 16 9 7 57 32 57 1/8 Final
2013/14 1st 8 36 6 13 17 29 49 31 1/8 Final
2014/15 1st 6 32 10 9 13 37 42 39 1/4 Final
2015/16 1st 7 36 13 7 16 26 38 46 1/8 Final
2016/17 1st 8 28 1 7 20 10 1/4 Final

Avropa kuboklarında iştirakı

Klubun Olimpik-Şüvəlan adıyla fəaliyyət göstərərkən istifadə etdiyi loqo
Klubun 3 may 2017-ci ilə qədər istifadə etdiyi loqo
Turnir İl Mərhələ Ölkə Klub Ev Səfər Ümumi
UEFA Kuboku 2008/2009 Q1 Serbiya Serbiya Voyvodina 1–1 0–1 1–2
UEFA Avropa Liqası 2011/2012 Q1 Belarus Belarus Minsk 1–1 1–2 2–3

Baş məşqçiləri

  1. Şakir Qəribov (iyun 2004 — may 2005) – 16 oyun
  2. Stepan Çordaş (iyun 2005 – avqust 2005) – 3 oyun
  3. Camaləddin Əliyev – baş məşqçi əvəzi (2005 avqust) – 4 oyun
  4. Peter Kurçubiç (2005 avqust – 2006 may) – 23 oyun
  5. Əsgər Abdullayev (2006 iyun – 2009 noyabr) – 105 oyun
  6. Nazim Süleymanov (2009 noyabr – 2011 iyun) – 64 oyun
  7. Elxan Abdullayev (2011 iyun — oktyabr)
  8. Rafiq Mirzəyev (2011 oktyabr-2012 aprel)
  9. Vaqif Sadıqov (2012 aprel-2014 mart)
  10. Tərlan Əhmədov (2014 mart)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində

2015-ci il 7 Avqust tarixində açıqlanan klublarının dünya reytinqində 2.825 xal ilə Azərbaycan klubları arasında 7-ci, dünyada isə 350-ci pillədə başa vurmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şüvəlan FK haqqında məlumat. Şüvəlan FK nədir? Şüvəlan FK nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Manqustlar

  • Fevral 27, 2026

    Poliqon

  • Fevral 27, 2026

    E.ə. 69

  • Fevral 27, 2026

    Ustaşlar

  • Fevral 27, 2026

    Zeytun yağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst