Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Spitakşen (əvvəlki adı: Ağcakənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal

Spitakşen (Xocavənd)

  • Ana Səhifə
  • Vikipediya
  • Spitakşen (Xocavənd)

Spitakşen (əvvəlki adı: Ağcakənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olunur. Hal-hazırda, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir. İndiki Ağkənd kəndi ermənilər tərəfindən adı dəyişərək belə adlandırılıb.

Spitakşen
39°32′20″ şm. e. 46°42′42″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Xocavənd rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Spitakşen xəritədə
Spitakşen
Spitakşen
Spitakşen xəritədə
Spitakşen
Spitakşen

Tarix

Azərbaycan kənd təsərrüfatı üzrə 1921 il üçün siyahıyaalınmasında Qubadlı qəzasının tərkibində Ağcakənd (rus. Акджакенд) adında yaşayış məntəqəsi göstərilir.

Sovet vaxtında kənd Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Hadrut rayonunun tərkibində idi. 1933-cü il üçün Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə kəndin adı Spitakşen (mənbədə "Spitaqşen" formasında) kimi qeyd olunur və Arpagəduq kənd Sovetinin tərkibində göstərilir. 1961-ci il üçün Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə bu kənd artıq qeyd olunmur, Arpagədik kəndi isə Xtsabert (indiki Çaylaqqala kəndi) kənd Sovetinin tərkibində göstərilir.

2 sentyabr 1991-ci il tarixində DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiyasında DQMV və Şaumyan rayonunun ərazisində qondarma separatçı "Dağlıq Qarabağ respublikasının" "müstəqilliyinin" elan olunmasına dair deklarasiya qəbul etmişlər. 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" Qanun № 279-XII qəbul etdi. Bu Qanunda Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi ilə yanaşı, həmçinin Martuni rayonunun adı dəyişdirilib Xocavənd rayonu adlandırılmışdı, Hadrut rayonu ləğv edilmişdi və ləğv edilmiş Hadrut rayonunun ərazisi Xocavənd rayonunun ərazisinə birləşdirilmişdi. Bundan sonra, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 №-li qərarı ilə Xocavənd rayonunun Xtsabert kəndinin adı dəyişdirilərək, Çaylaqqala adlandırılmışdı. Nəticədə, hal hazırda Çaylaqqala kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının Xocavənd rayonunun tərkibində yerləşir, amma Spitakşen kəndi Çaylaqqala kənd inzibati ərazi dairəsinin yaşayış məntəqələri siyahısında qeyd olunmur.

Keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi nəticəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir və 2020-ci ilə qədər tanınmamış qondarma "Dağlıq Qarabağ respublikasının" separatçı rejiminin nəzarəti altında yerləşirdi. İkinci Qarabağ müharibəsi nəticəsində keçmiş kəndin ərazisi 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Həmçinin bax

  • Petrosaşen

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, spitakşen (xocavənd) sözünün mənası, spitakşen (xocavənd) haqqında məlumat. spitakşen (xocavənd) nədir? spitakşen (xocavənd) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    VI Corc

  • Mart 06, 2026

    Həsənəli

  • Mart 04, 2026

    Nohurqışlaq

  • Mart 01, 2026

    Nasosnı aviabazası

  • Fevral 27, 2026

    S

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst