Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İslam respublikası termini müxtəlif mənalarda istifadə edilmişdir. Bəzi müsəlman dini liderlər bunu şəriəti və ya şəriətə uyğun qanunları tətbiq edən islam teok

İslam respublikası

  • Ana Səhifə
  • Vikipediya
  • İslam respublikası

İslam respublikası termini müxtəlif mənalarda istifadə edilmişdir. Bəzi müsəlman dini liderlər bunu şəriəti və ya şəriətə uyğun qanunları tətbiq edən islam teokratik hökumət formasının adı kimi istifadə etmişlər. Bu termin həm də sırf İslam xilafəti ilə dünyəvi, millətçi respublika arasında kompromis mövqe tutan suveren dövlət üçün də istifadə edilmişdir.

Termin hazırda üç dövlətin rəsmi adında istifadə olunur — İran, Pakistan və Mavritaniya. Pakistan bu adı ilk dəfə 1956-cı il konstitusiyasına əsasən qəbul edib. Mavritaniya bunu 28 noyabr 1958-ci ildə qəbul edib. İran isə Pəhləvi sülaləsini devirən 1979-cu ildə İslam İnqilabından sonra qəbul edib. Bənzər adlara baxmayaraq, ölkələr öz hökumətlərində və qanunlarında çox fərqlidirlər.

İran və Mavritaniya dini teokratik dövlətlərdir. İslam hələ dövlət dini elan edilməmişdən əvvəl Pakistan bu adı 1956-cı ildə qəbul etib və bu ad 1973-cü il konstitusiyası ilə təsdiqlənib.

İran rəsmi olaraq ölkəyə istinad edən bütün idarəetmə adlarında tam olaraq bu addan istifadə edir (məs., İran İslam Respublikasının Ordusu və ya İran İslam Respublikası Televiziya və Radio Yayımları Şirkəti); Pakistan Silahlı Qüvvələri və Pakistan Yayım Korporasiyası adlanan Pakistandakı ekvivalentlərindən fərqli olaraq. Həmçinin, digər ölkələrdən fərqli olaraq, İran rəsmi akronimlərin bir hissəsi kimi IRI akronimindən (İran İslam Respublikası) istifadə edir.

Mövcud ölkələr

№ Ölkənin adı Paytaxtı İdarəetmə forması Qanunverici orqanı Rəsmi dili Pul vahidi
1 İran İslam Respublikası Tehran Unitar prezident teokratik islam respublikası İslami Şura Məclsi Fars İran rialı
2 Pakistan İslam Respublikası İslamabad Federativ parlamentli islam respublikası Pakistan Parlamenti Urdu, İngilis Pakistan rupisi
3 Mavritaniya İslam Respublikası Nuakşot Unitar yarı prezident islam respublikası Milli Məclis Ərəb Mavritaniya uqiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇slam respublikası sözünün mənası, i̇slam respublikası haqqında məlumat. i̇slam respublikası nədir? i̇slam respublikası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Ozan Güvən

  • Fevral 27, 2026

    123 (ədəd)

  • Mart 06, 2026

    Ardıc dağı

  • Mart 06, 2026

    Evo Morales

  • Mart 06, 2026

    Phyllanthus

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst