Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çoban Məhəmməd (1857, Ağkilsə, Yeni Bəyazid qəzası – 1937, Ağkilsə, Basarkeçər rayonu) — şair, ustad aşıq.

Çoban Məhəmməd

  • Ana Səhifə
  • Vikipediya
  • Çoban Məhəmməd

Çoban Məhəmməd (1857, Ağkilsə, Yeni Bəyazid qəzası – 1937, Ağkilsə, Basarkeçər rayonu) — şair, ustad aşıq.

Çoban Məhəmməd
Məhəmməd Alməmməd oğlu
Doğum adı Məhəmməd
Təxəllüsləri Çoban, Şair
Doğum tarixi 1857(1857)
Doğum yeri
  • Ağkilsə, Yeni Bəyazid qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1937(1937) (79–80 yaşında)
Vəfat yeri
  • Ağkilsə, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Dəfn yeri
  • Ağkilsə
Milliyyəti Azərbaycan türkü
Uşağı Həsən
Atası Şair Alməmməd
Fəaliyyəti şairlik
Əsərlərinin dili Azərbaycan türkcəsi
Vikimənbənin loqosu Çoban Məhəmməd Vikimənbədə

Mündəricat

Həyatı

Aşıq Məhəmməd Alməmməd oğlu 1857-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulmuşdur.

Aşıq Ələsgərin qardaşıdır. Ömrünün çox hissəsini təsərrüfat işlərində, xüsusən də çobançılıqda keçirsə də, o, el arasında Şair Məhəmməd, bəzən də Çoban Məhəmməd kimi tanınıb.

Onun bədahətən şeir demək qabiliyyəti, yaxşı hafizəsi varmış.

Yaradıcılığı

Ailələrində babası da, atası da, qardaşları da şer yazdıqlarından bəzən onların sənət nümunələrini biri-birindən fərqləndirmək çətinlik törətsə də, Şair Məhəmmədin şeirlərində Göyçə yaylaqlarının abı-havası duyulur. Yaylaqlarda, el-obada baş verən hadisələr onun gözündən yayınmamış, böyük sənətkarlıqla onları nəzmə çəkmişdir. Milli qırğın vaxtı dədə-baba yurdunu tərk edib Kəlbəcərə köçməli olan Məhəmməd zamanın ağır sınaqlarını "Fələk" rədifli şikayətnaməsində təfsilatı ilə təsvir edə bilmişdir. İngilis silahı ilə silahlanan erməni millətçilərinin qəddarcasına Göyçəyə divan tutması, mahalda törədilən qırğınlar, qaçanların dağlarda borana düşüb qırılması tarixi bir sənəd nümunəsidir:

İngilisdən gələn şalon,
Göyçəni qoydu viran.
Öləni öldü, qaçanı
Dağlarda düşdü borana.
Ac qaldı, uşaq ağlaşdı,
Hamı yön tutdu arana.
Çiynimizə xurcun verdin,
Döndərdin hammala, fələk.

Şair Məhəmməd "Məhəmməd və gürcü qızı", "Məhəmmədin Qars səfəri", "Məhəmmədin Çələbiyan səfəri" və "Məhəmmədin Yalanbol vilayətinə səfəri" kimi bir neçə dastanı aşıqların dilində məclislərdə söylənilmişdir.

Şəcərəsi

  • Heydər
    • Əbdüləzim
      • Təhməz
        • Talıbxan
          • Allahverdi
            • Alməmməd kişi
              • Aşıq Məhəmməd

Həmçinin bax

  • Göyçə
  • Aşıq Ələsgər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çoban məhəmməd sözünün mənası, çoban məhəmməd haqqında məlumat. çoban məhəmməd nədir? çoban məhəmməd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Bünab

  • Mart 01, 2026

    Blur

  • Mart 01, 2026

    Maqomed Sulayev

  • Mart 02, 2026

    Adolf Adan

  • Fevral 27, 2026

    Dicey

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst