Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəriman Nəsrulla oğlu Zeynalov (1933, Göyçay – 1989, Bakı) — Azərbaycan yazıçısı, jurnalist, filologiya elmləri doktoru (1988), "Qızıl qələm" mükafatı laureatı.

Nəriman Zeynalov

  • Ana Səhifə
  • Vikipediya
  • Nəriman Zeynalov

Nəriman Nəsrulla oğlu Zeynalov (1933, Göyçay – 1989, Bakı) — Azərbaycan yazıçısı, jurnalist, filologiya elmləri doktoru (1988), "Qızıl qələm" mükafatı laureatı.

Nəriman Zeynalov
Nəriman Nəsrulla oğlu Zeynalov
Doğum tarixi 1933(1933)
Doğum yeri
  • Göyçay, Göyçay rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1989(1989) (55–56 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist, publisist, yazıçı, universitet müəllimi[d]
Üzvlüyü
  • Azərbaycan Jurnalistlər Birliyi
Mükafatları "Qızıl qələm" mükafatı

Mündəricat

Həyatı

1933-cü ildə Göyçay rayonunda anadan olub. 1956-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. İstedadı, təşəbbüskarlığı və çalışqanlıq keyfiyyətləri nəzərə alınaraq universitetin mətbuat tarixi kafedrasında müəllim saxlanılıb. Paralel olaraq, "Xalq qəzeti"ində (o zamankı "Kommunist" qəzeti) ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb.

Sonrakı illərdə taleyini BDU-nun jurnalistika fakültəsi ilə bağlayan N. Zeynalov "Molla Nəsrəddin" jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycanın mətbuat tarixi ilə bağlı 2 cildlik dərslik hazırlayıb.

Fəaliyyəti

N. Zeynalov peşəkar fəiliyyətində jurnalistikanın nəzəri və praktik sahələrinə paralel surətdə diqqət ayırıb. O, 1977-ci ildən başlayaraq 10 ilə qədər "Sovet kəndi" qəzetinə redaktorluq edib. Ömrünün son illərində doğma jurnalistika fakültəsinə qayıdan Nəriman müəllim dekan seçilib. 1989-cu ilin yazında vəfat edib.

N. Zeynalov fədakar mətbuat tarixçisi olmaqla yanaşı, həm də istedadlı publisist, gənc yazarlar üçün ustada çevrilmiş bir qələm sahibi idi. 1971-ci ildə oçerkləri "Qızıl qələm" mükafatına layiq görülüb. "Gümüş dəstəkli qılınc" romanının, "Oğul o kəsdir ki", "Dağlar oğlu", "Bərəkətli torpaq" oçerklər kitablarının müəllifi olub. Dövri mətbuatdakı bir çox hekayə və məqalələri hələ də yaddaşlardadır.

Həmçinin bax

  • Akif Aşırlı
  • Solmaz Rüstəmova-Tohidi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəriman zeynalov sözünün mənası, nəriman zeynalov haqqında məlumat. nəriman zeynalov nədir? nəriman zeynalov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Millətlər İttifaqı

  • Fevral 24, 2026

    Prusiya

  • Mart 02, 2026

    Sofiya Universiteti

  • Fevral 27, 2026

    Optik mikroskop

  • Fevral 27, 2026

    Felis

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst