Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kira Naytli 1985-ci il mart ayının 26-da İngiltərənin Teddinqton şəhərində sənətçi ailəsində anadan olub. Onun anadan olması qəribə mərc əsasında baş verir. Bel

Kira Naytli

  • Ana Səhifə
  • Vikipediya
  • Kira Naytli

Kira Naytli (ing. Keira Knightley) — məşhur İngiltərə aktrisası.

Kira Naytli
ing. Keira Knightley
Kira Naytli 2005-ci ildə
Kira Naytli 2005-ci ildə
Doğum adı Keira Christina Knightley
Doğum tarixi 26 mart 1985(1985-03-26)[…] (40 yaş)
Doğum yeri London,  Böyük Britaniya
Uşağı 2
Atası Uill Naytli
Anası Şerman Makdonald
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1993-bu günə qədər
Mükafatları "Britaniya imperiyası" ordeni zabiti
IMDb ID0461136
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Kira Naytli 1985-ci il mart ayının 26-da İngiltərənin Teddinqton şəhərində sənətçi ailəsində anadan olub. Onun anadan olması qəribə mərc əsasında baş verir. Belə ki, onun valideynləri - anası aktrisa Şerman Makdonald və atası aktyor Uill Naytli öz aralarında mərc qoşurlar. Şerman karyerasını yarımçıq qoyub, dramaturgiya ilə maraqlanır. Əgər o, özünün birinci əsərini təqdim etsə, onda ailədə ikinci uşaq anadan ola bilər. Şerman Makdonald mərcdə qalib gəlir və gələcək aktrisa Keira Knightley anadan olur. Kiranın özündən böyük Kaleb adlı bir qardaşı var. O, uşaqlıqdan aktrisa olacağına əmin idi. Bəlkə də artist ailəsində dünyaya göz açması onun bu arzusunu reallaşdırmağına kömək edir. Hələ üç yaşında olarkən valideynlərində olduğu kimi, onun da şəxsi agenti olmasını istəyir. Valideynləri dərslərini yaxşı oxuduğu zaman Kira Naytli üçün agent tutacaqlarına söz verirlər. Balaca Keira tərs, inadkar və istədiyinə nail olan uşaq olduğu üçün, dərslərini yaxşı oxuyur. Baxmayaraq ki, şəxsin sözləri oxumaqda çətinlik çəkfiyi xəstəlikdən-disleksiyadan əziyyət çəkirdi, Keira bütün səyi ilə çalışıdır. Məktəbdə fərqlənməyi sevir və bacardığı qədər digərlərindən seçilirdi. Məktəb tətillərində isə artistlik dərslərini öyrənir. Onun səyi layiqincə qiymətləndirilir və altı yaşında olanda artıq şəxsi agenti olur.

Yaradıcılığı

Kira Naytli ilk dəfə olaraq yeddi yaşında "Royal Celebration" filmində kiçik qız rolunu canlandırır. On bir yaşında mini teleserial və teleşoularda çıxış edir. Oynadığı "Kənd işi", "Günahsız yalan", "Xəzinə axtaranlar", "Evə qayıdış" və digər filmləri Avropa kanallarında yayımlanmağa başlayır. Aktrisanın karyerasında uğur qazanmasına təsir edən amillərdən biri onun aktrisa Natali Portmanla bənzərsiz oxşarlığı olur. Məhz həmin oxşarlıq gənc aktrisa üçün böyük kino aləminə bilet rolunu oynayır.

Aktrisanın çəkildiyi ilk ciddi rolu ingiltərə serialı "Oliver Tvist" olur. 2002-ci ildə "Bekhem kimi oyna" filmi ekranlara çıxır. Film çəkilişlərinə xərclənən maddi vəsaitdən 20 dəfə çox gəlir əldə edir və aktrisaya unudulmaz şöhrət gətirir. Aktrisa 2002-ci ildə daxil olduğu məktəbdəki təhsilini yarımçıq qoyub, özünü bütünlükdə kinoya həsr edir. Kira Naytlinin həyatındakı dönüş nöqtəsi kimi "Karib dənizinin quldurları" filmindəki rolu sayılır. Conni Depp və Orlando Blum kimi məşhur aktyorlarla birlikdə çəkilmək ona ardı-arası kəsilməyən iş təklifləri gətirir. Müxtəlif obrazlar yaradır və özünün dediyi kimi onun ən yaxşı rolları hələ qabaqdadır.

Filmoqrafiya

  1. Karib dənizinin quldurları: Qara mirvarinin qarğışı (film, 2003) / Pirates of the Caribbean: The Curse of The Black Pearl
  2. Gerçək sevgi (film, 2003) / Love Actually
  3. Kral Artur (film, 2004) / King Arthur
  4. Kəffarə (2007)
  5. Anna Karenina (film, 2012) / Anna Karenina
  6. Yenidən başlayaq (2013)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kira naytli sözünün mənası, kira naytli haqqında məlumat. kira naytli nədir? kira naytli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Terek (şəhər)

  • Fevral 27, 2026

    Asiyanın lordu

  • Fevral 28, 2026

    Mehrəli bəy

  • Fevral 24, 2026

    İtalyanlar

  • Fevral 26, 2026

    Məhərrəm Quliyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst