Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

243 İda (/ˈaɪdə/) — Asteroid qurşağında yerləşən və Koronoid ailəsinə məxsus S sinifli asteroid. 29 sentyabr 1889-cu ildə avstriyalı astronom İohan Paliza tərəf

243 İda

  • Ana Səhifə
  • Vikipediya
  • 243 İda

243 İda (/ˈaɪdə/) — Asteroid qurşağında yerləşən və Koronoid ailəsinə məxsus S sinifli asteroid. 29 sentyabr 1889-cu ildə avstriyalı astronom İohan Paliza tərəfindən kəşf edilmiş və asteroidə yunan mifologiyasında nimfalardan biri olan İdanın adı verilmişdir.

243 İda
Kəşfi
Kəşf tarixi 29 sentyabr 1884
Orbital xarakteristikaları
Perisentri 2,732159532159 ± 0 a.v.
Aposentri 2,992927297184 ± 0 a.v.
Böyük yarımoxu
2,862543414671 ± 0 a.v.
Orbitinin ekssentrisiteti 0,045548263773 ± 0
Siderik dolanma dövrü
1.768,9947745189 ± 0 sut
Orta anomaliyası 8,484984861572 ± 0 °
Orbitin meyli 1,138±0,001 dərəcə, 1,130114887490663±0,000000062411 dərəcə
Qalxan düyünün uzunluğu
323,5483160421322±0,0000039566 dərəcə
Perisentr arqumenti
113,78852160587 ± 0 °
Nəyin peykidir Günəş
Fiziki xarakteristikaları
Kütləsi 42.000.000.000.000.000 kq
Orta sıxlığı
2,6 ± 0,5 q/sm³
Sərbəstdüşmə təcili
0,3 sm/s², 1,1 sm/s²
Sinodik fırlanma dövrü
16.682,4 s
Şimal qütbünün birbaşa çıxması
168,76 dərəcə
Şimal qütbünün meyli
−2,88 dərəcə
Albedo 0,262 ± 0,032
Temperatur 200 K
Mütləq ulduz ölçüsü
10,08
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Kəşfi

29 sentyabr 1889-cu ildə Vyana rəsədxanasında Avstriya astronomu İohan Paliza tərəfindən kəşf edilmişdir. Bu kəşf edilən 45-ci asteroid idi. İda adını həvəskar astronom və pivəbişirən Moriz von Kuffner vermişdir. İda yunan mifologiyasında Kritin nimfasıdır. Kiyotsuqu Hirayama tərəfindən Koronoid ailəsinə salınmışdır.

İdanın spektrumunu 1980-ci ilin 16 sentyabrında astronomlar David Tolen və Edvard Tedesko ölçmüşdür. O gün S sinifinə aid edilmişdir. İdanın tədqiq edilməsi 1993-cü ilin əvvəllərində həyata keçirilmişdir. "Qalileyo" aparatı asteroidin 60–78 km uzaqlığında onun şəkillərini çəkmişdir.

Haqqında

Asteroid qurşağında ən çox rast gəlinən asteroid siniflərindən biri olan S sinifinə aiddir. 28 avqust 1993-cü ildə asteroid Yupiter üçün göndərilmiş "Qalileyo" aparatı tərəfindən ziyarət edilmişdir. İda kosmik aparat tərəfindən ziyarət edilən ikinci asteroid, peyki tapılan isə ilk asteroiddir.

243 İdanın orbiti Yupiter ilə Mars arasında yerləşir. Günəş ətrafında dövrünü 4,84 ilə, öz oxu ətrafında dövrünü 4,63 saata tamamlayır. Radiusu 31,7 kilometrdir. Forması nahamar və uzanmışdır, iki göy cisminin toqquşması nəticəsində yarandığı güman olunur. Səthində böyük genişlikdə və ölçüdə kraterlər vardır.

Peyki Dektil missiya üzvü Anna Harx tərəfindən "Qalileyo"dan göndərilmiş şəkillərin köməyi ilə kəşf edilmişdir. Daktil yunan mifologiyasında İda dağında yaşayan qnomlardır. Bu addan əvvəl peykə 1993(243)1 şərti adı verilmişdi. Diametri 1,4 kilometrdir və bu İdanın 1/20 hissəsidir. Onun İda ətrafında orbiti tam dəqiqliklə müəyyən olunmayıb. Daktil və İda bir çox xüsusiyyəti paylaşır, onların mənşəyinin eyni olduğu ehtimal olunur.

Kraterlər

İda

İdadakı 21 krater adlarını Yerdəki eyniadlı mağaralardan almışdır. Mötərizələrdə mağaranın yerləşdiyi ölkə göstərilmişdir.

  • Afon (Abxaziya Abxaziya)
  • Atea (Papua-Yeni Qvineya Papua-Yeni Qvineya)
  • Azzurra (İtaliya İtaliya)
  • Bilemot (Cənubi Koreya Cənubi Koreya)
  • Kastellana (İtaliya İtaliya)
  • Çcoukoudyan (Çin Çin)
  • Finqal (Şotlandiya Şotlandiya)
  • Kartçner (ABŞ Arizona, ABŞ)
  • Kazumura (ABŞ Havay adaları, ABŞ)
  • Laskou (Fransa Fransa)
  • Leçuqiya (ABŞ Nyu Meksiko, ABŞ)
  • Mamont (ABŞ Kentukki, ABŞ)
  • Manyanq (Cənubi Koreya Cənubi Koreya)
  • Orqnak (Fransa Fransa)
  • Padirak (Fransa Fransa)
  • Tovuz quşu (ABŞ Florida, ABŞ)
  • Postojna (Sloveniya Sloveniya)
  • Sterkfonteyn (Cənubi Afrika Respublikası CAR)
  • Stiff (İtaliya İtaliya)
  • Undara (Avstraliya Avstraliya)
  • Viento (İspaniya İspaniya)

Daktil

Daktildəki 2 krater adını iki Daktildən almışdır.

  • Akmon
  • Kelmis

Qalereya

  • Finqal krateri
    Finqal krateri
  • Daktil
    Daktil

Həmçinin bax

  • Peyk
  • Asteroid

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 243 i̇da sözünün mənası, 243 i̇da haqqında məlumat. 243 i̇da nədir? 243 i̇da nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Avropa ançousu

  • Fevral 25, 2026

    Azərsun Arena

  • Mart 01, 2026

    Aiouea

  • Mart 01, 2026

    Adidas Telstar

  • Fevral 27, 2026

    Zərrəcik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst