Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Qasım Zeynül-İslam Əbdülkərim ibn Həvazin ibn Əbdilməlik əl-Quşeyri (ərəb. القشيري‎‎; 1 avqust 986, Ustuva[d], Böyük Xorasan, Abbasilər xilafəti – 30 dekab

Quşeyri

  • Ana Səhifə
  • Vikipediya
  • Quşeyri

Əbül-Qasım Zeynül-İslam Əbdülkərim ibn Həvazin ibn Əbdilməlik əl-Quşeyri (ərəb. القشيري‎‎; 1 avqust 986, Ustuva[d], Böyük Xorasan, Abbasilər xilafəti – 30 dekabr 1072, Nişapur, Böyük Xorasan, Abbasilər xilafəti) — sufi, kəlam, təfsir və hədis alimi.

Quşeyri
ərəb. عبد الكريم القشيري‎
Doğum tarixi 1 avqust 986(0986-08-01)
Doğum yeri
  • Ustuva[d], Böyük Xorasan, Abbasilər xilafəti
Vəfat tarixi 30 dekabr 1072(1072-12-30) (86 yaşında)
Vəfat yeri
  • Nişapur, Böyük Xorasan, Abbasilər xilafəti
Elm sahələri fiqh, sufilik, kəlam, İslam, islam etiqad məzhəbləri[d], Şəriət

Həyatı

Quşeyri hicri 376-cı (986) ildə Ustuvanın Quşan qəsəbəsində anadan olub. Ərəb dili və ədəbiyyatı biliklərini Əbül-Qasım əl-Yəmanidən alıb. Əbu Əli əd-Dəqqaqa müridlik etmək istəsə də, Əbu Əli əd-Dəqqaq ona elm öyrənməyi məsləhət görüb.

Bundan sonra Quşeyri Əbu Bəkr Məhəmməd ət-Tusi, İbn Furək və Əbu İshaq əl-İsfərayiniyə tələbəlik edib. Baqillaninin əsərlərini oxuyaraq Əşariliyi mənimsəyib. Təsəvvüf sahəsində özünü inkişaf etdirib və əd-Dəqqaqın qızı Fatimə ilə evlənib.

Eyni zamanda Hakim ən-Nisaburi, Əbül-Hüseyn əl-Həffaf, Əbu Nuaym əl-İsfərayini, Əbu Bəkr Əbdus əl-Müzəkki, Əbül-Həsən əl-Əhvazi kimi mühəddislərin dərslərində iştirak edib. Xətib Bağdadi və başqaları ondan hədis rəvayət ediblər. Mürşidi Dəqqaqın ölümündən sonra Məhəmməd ibn Hüseyn əs-Süləmiyə intisab edib. Həcc ziyarətinə yollanıb və oradakı alimlərdən hədis dinləyib.

Toğrul bəyin vəziri Künduriyə qarşı Əşariliyi müdafiə edən fətva verib və dərslər verməyə başlayıb. Bundan sonra Künduri tərəfindən təqib edilən Quşeyri Rəis əl-Furati ilə birlikdə Nişaburdakı qədim qalaya həbs edilib. Lakin Əbu Səhl Məhəmməd ibn Hebətullahın qalaya hücum etməsi nəticəsində xilas olub. Kündurinin təzyiqləri o edam edilənə qədər davam edib.

Quşeyri Kündurinin edamından sonra Nişaburda dərs deməyə davam edib və Tus, Əbivərd, Mərv kimi şəhərlərə səfərlər edib.

Quşeyri hicri 465-cı (30 dekabr 1072) ildə Nişaburda vəfat edib.

Quşeyri "Lətaifül-işarət", "ər-Risalə", "ət-Təhbir fit-təzkir" və başqa əsərlərin müəllifidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, quşeyri sözünün mənası, quşeyri haqqında məlumat. quşeyri nədir? quşeyri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Aizoaceae

  • Mart 01, 2026

    İmmiqrasiya

  • Fevral 27, 2026

    Çəki (qüvvə)

  • Fevral 27, 2026

    Hepard

  • Fevral 27, 2026

    Pyarnu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst