Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Bəkr Əhməd ibn Əli ibn Sabit əl-Bağdadi (ərəb. الخطيب البغدادي‎; 1002 və ya 7 may 1002, Quzeyyə[d] – 1071 və ya 5 sentyabr 1071, Bağdad, İraq, Abbasilər xil

Xətib əl-Bağdadi

  • Ana Səhifə
  • Vikipediya
  • Xətib əl-Bağdadi

Əbu Bəkr Əhməd ibn Əli ibn Sabit əl-Bağdadi (ərəb. الخطيب البغدادي‎; 1002 və ya 7 may 1002, Quzeyyə[d] – 1071 və ya 5 sentyabr 1071, Bağdad, İraq, Abbasilər xilafəti) — hədis hafizi və tarixçi.

Xətib əl-Bağdadi
ərəb. الخطيب البغدادي‎
Doğum adı أحمد بن علي بن ثابت البغدادي
Doğum tarixi 1002(1002) və ya 7 may 1002(1002-05-07)
Doğum yeri
  • Quzeyyə[d], İraq
Vəfat tarixi 1071(1071) (68–69 yaşında) və ya 5 sentyabr 1071(1071-09-05) (68–69 yaşında)
Vəfat yeri
  • Bağdad, İraq, Abbasilər xilafəti
Elm sahələri hədis, tarix

Mündəricat

Bioqrafiyası

Hicri 392-ci (1002) ildə, Quzeyyə qəsəbəsində anadan olub. Özü və atası xətib olduğu üçün ləqəbi "Xətib"dir. Məkkəyə, Mədinəyə, Bəsrəyə, Kufəyə, Həmədana, Reyə və başqa şəhərlərə elmi səfərlər etmişdir. Hilal ibn Abdullah ət-Tibi, Məhəmməd ibn Əhməd əl-Bağdadi, Əbüt-Tayyib ət-Təbəri, Əbu Həmid əl-İsfərayini, Bərkani, Məhəmməd ibn Əli əs-Suri, Əhməd ibn Məhəmməd əl-Bağdadi, Əbu Ömər Əbdülvahid ibn Məhəmməd əl-Qazəruni, Əbül-Hüseyn Əli ibn Məhəmməd əl-Bağdadi, Əbu Bəkr Əhməd ibn Həsən əl-Hiri, İbn Şəzan əl-Bağdadi, İbn Məqulə və Əbül-Fəzl İbn Xeyrun, Əbu Məhəmməd əl-Qəttani kimi alimlərdən hədis, hədis üsulu, fiqh öyrəndi və hədis rəvayət etdi. Onun bəhrələndiyi müəllimlərinin sayı 1000-dən çoxdur. 470 müəlliminin isə əsərlərini onlara xətm etmişdir. Ondan müəllimləri Əbu Bəkr əl-Bərqani və Əbül-Qasım Ubeydullah ibn Əhməd əl-Əzhəri hədis rəvayət etmişdir. Onun ən tanınmış tələbələri bunlardır: Əbül-Məali Məhəmməd ibn Məhəmməd əl-Hüseyni, Məhəmməd ibn Fütuh əl-Humeydi, İbnül-Hədibə, Əbül-Hüseyn İbnüt-Tüyuri Mübarək ibn Əbdülcabbar əl-Bağdadi, Xətib Təbrizi, Əbu Bəkr Məhəmməd ibn Əbdülbəqi əl-Ənsari ən-Nəsri və başqaları.

Xətib, 7 Zilhicə hicri 463-cü (5 sentyabr 1071) ildə Bağdadda vəfat etmişdir.

Hədis elmindəki yeri

Hədis elmindəki məharətinə görə ona "əl-Hafiz" və ya "əl-Hafiz əl-Kəbir" titulları verilmişdir. İbn Əbdilbərr ona "Həfizul-məğrib" və "Hafizul-məşriq" deyildiyini də nəql etmişdir.

Əsərləri

Xətib, hədis, hədis üsulu, hədis ricalı tarix və bioqrafiya sahələrinə aid 54–100 arası əsər qələmə almışdır. Ən məşhur əsəri "Tarixu Bağdad"dır. Xətib, bu əsərin ərsəyə gəlməsinə ömrünün 20 ilini həsr etmişdir. Bu əsər Bağdad şəhərinin tarixindən və Bağdadın görkəmli şəxsiyyətlərindən bəhs edir.

"əl-Cami li-əxlaqir-ravi və ədəbis-sami", "Şərəfü əshabil-hədis", "əl-Kifayə fi elmir-rəvayə" və "Təqiyidül-elm" onun hədis və hədis ricalı ilə bağlı qələmə aldığı əsərlərdən bəziləridir.

Həmçinin bax

  • Tarixu Bağdad

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xətib əl-Bağdadi haqqında məlumat. Xətib əl-Bağdadi nədir? Xətib əl-Bağdadi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Çelyabinsk vilayəti

  • Fevral 27, 2026

    Kuntsevo qəbiristanlığı

  • Fevral 27, 2026

    Homindan

  • Fevral 27, 2026

    Durğu işarəsi

  • Fevral 27, 2026

    Bəxtiyar Aslanbəyli

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst