Alqış Həsən oğlu Musayev (1969, Nüvədi, Meğri rayonu) — filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.
| Alqış Həsənoğlu | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1969 (56–57 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | jurnalist |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
Həyatı
1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiya olunması nəticəsində 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalıb.
1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Filologiya üzrə fəlsəfə doktorudur. Evlidir, iki oğlu, bir qızı var.[mənbə göstərilməlidir]
Siyasi-ictimai fəaliyyəti
1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997–2008-ci illərdə bu qəzetin baş redaktoru olub. 2021-ci ildə yenidən həmin qəzetin baş redaktoru təyin olunmuşdur.
Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib.
I, II, III qurultaylarda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib.
Təltif və mükafatları
- 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
- 30 noyabr 2022-ci ildə “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, alqış musayev sözünün mənası, alqış musayev haqqında məlumat. alqış musayev nədir? alqış musayev nə deməkdir?