Xristofor Pisserides (yun. Χριστόφορος Αντωνίου Πισσαρίδης; ing. Christopher Antoniou Pissarides; 20 fevral 1948, Nikosiya, Nikosiya rayonu[d]) — Kiprli iqtisadçı. Əməyin iqtisadiyyatı, makroiqtisadiyyat, iqtisadi artım və iqtisadi siyasət mövzularında tədqiqatlar aparmışdır. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Piter Daymond və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
| Xristofor Pisserides | |
|---|---|
| yun. Χριστόφορος Αντωνίου Πισσαρίδης ing. Christopher Antoniou Pissarides | |
| |
| Doğum tarixi | 20 fevral 1948 (78 yaş) |
| Doğum yeri | Nikosiya, Kipr |
| Vətəndaşlığı | Kipr Böyük Britaniya |
| Elm sahəsi | Əməyin iqtisadiyyatı |
| Elmi dərəcəsi | |
| İş yerləri | London İqtisadiyyat məktəbi Sausempton Universiteti |
| Təhsili |
|
| Elmi rəhbəri | Miçio Morişima |
| Tanınır | Qoşalaşdırma nəzəriyyəsi |
| Üzvlüyü |
|
| Mükafatları | |
Həyatı
Xristofor Pisserides 20 fevral 1948-ci ildə Kiprdə anadan olub. O, Böyük Britaniyanın Essex Universitetində 1970-ci ildə bakalavr, 1971-ci ildə isə magistr dərəcəsinə yüksəlmişdir. Xristofor Pisserides 1973-cü ildə elmi rəhbəri olan Miçio Morişimanın nəzarətində doktorluq dərəcəsinə yüksəlmişdir. Hal-hazırda London İqtisadiyyat məktəbində işləyir.
Mükafatları
- 2005 — İZA Əməyin İqtisadiyyatı mükafatı (ing. IZA Prize in Labor Economics), Deyl Martinsenlə birlikdə.
- 2010 — İqtisadiyyat üzrə Nobel mükafatı, Piter Daymond və Deyl Martinsenlə birlikdə.
Əsərləri
- 1979. "Job Matchings with State Employment Agencies and Random Search", Economic Journal 89(356), pp. 818–33.
- "Short-Run Equilibrium Dynamics of Unemployment Vacancies, and Real Wages," American Economic Review, (1985) 75(4), pp. 676–90. 2011-07-06 at the Wayback Machine
- 1986. "Unemployment and Vacancies in Britain." Economic Policy, 1(3), p p. 499–559.
- 1994. "Job Creation and Job Destruction in the Theory of Unemployment" (Deyl Martinsenlə birlikdə), Review of Economic Studies 61(3), pp. 397–415.
- 2000. Equilibrium Unemployment Theory, second edition, Cambridge, MA: MIT Press. Description and chapter-preview links.
- "Structural Change in a Multi-Sector Model of Growth" (L.R.Nqeylə birlikdə), American Economic Review, forthcoming.
Həmçinin bax
- İqtisadiyyat üzrə Nobel mükafatı
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xristofor pisserides sözünün mənası, xristofor pisserides haqqında məlumat. xristofor pisserides nədir? xristofor pisserides nə deməkdir?
