Fernandu-di-Noronya (port. Fernando de Noronha) — Vulkan məhşəlli adalardan ibarət olan və Braziliyanın əsas hissəsindən 350 km şimal-şərqdə yerləşir. Arxipelaq 21 adadan ibarətdir. İnzibati cəhətdən Pernambuku ştatı ərazisinə daxildir.
| Fernandu-di-Noronya | |
|---|---|
| port. Fernando de Noronha | |
| |
| Ümumi məlumatlar | |
| Adaların sayı | 21 |
| Ümumi sahəsi | 26 km² |
| Hündür nöqtəsi | 756 m |
| Əhalisi | 3.108 nəfər (2009-cu il) |
| Yerləşməsi | |
| 3°54′00″ c. e. 32°25′00″ q. u.HGYO | |
| Ölkə | |
| Akvatoriya | |
![]() Fernandu-di-Noronya | |
Coğrafiya

Arxipelaqın sahəsi 26 km² təşkil edir, bunun 17 km² sahə əsas adanın ərazisini təşkil edir. Ən hündür nöqtəsi 756 metrdir.
Adalar
|
|
|
Qayalar
|
|
|
Təbiət və iqlimi
İqlimi tropikdir: yanvardan avqusta qədər yağış mönsümüdür. Avqustdan yanvara qədər isə quraq iqlim hakimdir. Ada ot, yabanı üzüm, kol və Atlantik meşəsi ilə örtülmüşdür. Heyvanlar aləmi tısbağa, delfin və dəniz quşlarından ibarətdir. Endemik canlıları — Elaenia ridleyana və Vireo gracilirostris.
2001-ci ildə Fernandu-di-Noronya arxipelaqı və Rokas atolu UNESCO Ümumdünya İrsi siyahısına daxildir.
Tarixi
Arxipelaq 1501 və ya 1502-ci ildə portuqal ekspedisiya rəhbəri Qaşpar Lemuş və ya Qonzalo Koelu tərəfindən kəşf edilmişdir. Adalar ekspedisiyanı maliyyələşdirən yəhudi Fernandu-di-Noronyanın şərəfinə adlandırılmışdır. 1 iyun 2009-cü ildə Arxipelaqdan 650 km şərqdə Airbus A330–203 sərnişin təyyarəsi qəzaya uğramışdır. Rio-de-Janeyrodan Parisə istiqamətlənən, Air France şirkətinə məxsus təyyarə pis hava səbəbindən qəzaya uğramışdır. Göyərtəsində olan 228 nəfrin hamısı həlak olmuşdur.
Əhalisi
2009-ci ildə arxipelaqın əsas adasında 3 100 nəfər yaşayırdı. Digər adalar insanlar tərəfindən ziyarət edilsə də, daimi yaşayış yoxdur.
Turizm
Turistlər arasında arxipelaq dayvinq və serfinq kimi idman növlərinə görə məşhurdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fernandu-di-noronya sözünün mənası, fernandu-di-noronya haqqında məlumat. fernandu-di-noronya nədir? fernandu-di-noronya nə deməkdir?

