Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Akif Abduləzim oğlu Vəliyev (Aşırlı) (15 fevral 1969, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Ş

Akif Aşırlı

  • Ana Səhifə
  • Vikipediya
  • Akif Aşırlı

Akif Abduləzim oğlu Vəliyev (Aşırlı) (15 fevral 1969, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı

Akif Aşırlı
Doğum tarixi 15 fevral 1969(1969-02-15) (57 yaş)
Doğum yeri
  • Daş Salahlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist
Mükafatları "Tərəqqi" medalı — 20052005 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20202020

Mündəricat

Həyatı

Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub.

1998-ci ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb.

1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib. 2019-cu ildən Azərbaycan Türk Ocağının başqanıdır.

Ailəsi

Ailəlidir, üç övladı var.

Yaradıcılığı

Orta məktəb illərindən başlayaraq dövri mətbuatda məqalələri və bədii yazıları çap olunub. Jurnalistlik fəaliyyətinə "7 gün" qəzetində başlayıb və bir müddət "Müxalifət" qəzetində çalışıb. 1996-cı ildə "Şərq" qəzetini təsis edib. Həmin vaxtdan etibarən "Şərq"in baş redaktorudur.

"Ağlama, Damcılı bulağı", "Türkün Xocalı soyqırımı", "Nəriman Nərimanovun Kremildə qətli", "Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu", iki cilddə "Azərbaycan mətbuatı tarixi" kitablarının müəllifi, "Bağanıs Ayrım soyqırımı" kitabının həmmüəllifidir. Türkiyədə "Sarıqamış əsirlərinin dramı- Nargin", "Xocalıda türk soyqırımı", "Azərbaycanda Türk Ocağı", "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu hərəkatı" kitabları çap olunub.

2016-cı ildə MEA-nın Tarix institunda "Qafqaz İslam Ordusu Cumhuriyyət dövrü mətbuatında" adlı dissertasya işini müdafiə edib.

Tarix elmi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb, Azərbaycan Xalq Cümhuriyyəti dövrü və Mətbuat tarixi ilə bağlı çoxsaylı elmi publisistik məqalələri var.

Mətbuat Şurası idarə heyətinin üzvüdür. Əsərləri Türkiyə, Gürcüstan, Ukrayna da populyar elmi jurnallarda dərc olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Mükafatları

2005-ci ildə Akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülüb. 2005-ci ildə jurnalistikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə mükafatlandırılıb.

2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Jurnalist adına layiq görülüb.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqindəki xidmətlərinə görə, "Azərbaycan Xalq Cümhuriyyəti- 100" medalına layiq görülüb.

2022-ci ildə mərkəzi qərərgahı Anakarada yerləşən Türk Ocağı Genəl Mərkəzi İdarə Heyətinin qərarı ilə "Yusuf Akçura" mükafatına layiq görülüb.

Kitabları

  • "Ağlama, Damcılı bulağı",
  • "Türkün Xocalı soyqırımı",
  • "Nəriman Nərimanovun Kremildə qətli",
  • "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu",
  • "Azərbaycan mətbuatı tarixi" (1875–1920)
  • "Azərbaycan mətbuatı tarixi" (1920–1990),
  • "Bağanıs Ayrım soyqırımı",
  • "Nargin adasındakı Türk əsirləri",
  • "Sarıkamış əsirlərinin dramı: Nargin",
  • "Türk ocağı Azərbaycanda",

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, akif aşırlı sözünün mənası, akif aşırlı haqqında məlumat. akif aşırlı nədir? akif aşırlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Futurologiya

  • Mart 01, 2026

    Enollar

  • Fevral 27, 2026

    BDU

  • Mart 04, 2026

    Sair-Məvazi nahiyəsi

  • Fevral 27, 2026

    Zəyzid kilsəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst