Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tuluzada (1876–84), Parisdəki zərif sənətlər məktəbində (1884–86) oxumuşdur; 1893–1908-ci illərdə O, Rodenin emalatxanasında assistent işləmişdir. 1884-cü ildən

Antuan Burdel

  • Ana Səhifə
  • Vikipediya
  • Antuan Burdel

Emil Antuan Burdel (30.10.1861, Montoban – 1.10.1929, Le Vezine) — fransız heykəltəraşı.

Antuan Burdel
fr. Émile Antoine Bordelles
Antuan Burdel, 1925-ci ildə
Antuan Burdel, 1925-ci ildə
Doğum adı Émile-Antoine Bordelles
Doğum tarixi 30 oktyabr 1861
Doğum yeri Montoban
Vəfat tarixi 1 oktyabr 1929 (67 yaşında)
Vəfat yeri Le Vezine
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Milliyyəti fransız
Fəaliyyəti heykəltaraş, rəssam, boyakar[d], vizual incəsənət rəssamı, incəsənət xadimi, müəllim
Təhsili Paris zərif sənətlər məktəbi
Tələbələri Alberto Cakometti, Vera Muxina
Mükafatları "Fəxri legion" ordeninin komandor dərəcəsi "Fəxri legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeninin cəngavər dərəcəsi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Tuluzada (1876–84), Parisdəki zərif sənətlər məktəbində (1884–86) oxumuşdur; 1893–1908-ci illərdə O, Rodenin emalatxanasında assistent işləmişdir. 1884-cü ildən Paris salonu sərgilərinin iştirakçısı olmuşdur. Roden impressionizmini qəbul etməyən Burdel monumentallığa və incəsənətin sintezinə can atmış, antik klassikaya və arxaikaya əsaslanaraq relyef sənətini dirçəltmişdir.

Fəaliyyəti

“Ox atan Herakl” (tunc, 1909, Müasir Milli İncəsənət Muzeyi, Paris), gen. K.M. Alvearın tunc abidəsi (1913–23, Buenos-Ayres), “Fransa” heykəli (tunc, 1925, Paris), A. Mitskeviçin abidə si (tunc, 1909 –29, Paris), “Avtoportret” (maska, 1925), “Safo” (1924 –25; hər ikisi Burdel muzeyi, Paris) və s. əsərlərin müəllifidir. Görkəmli ictimai xadimlərin çoxsaylı portretlərini (100-ə yaxın) yaratmışdır: Lüdviq van Bethoven (tunc, 1887– 1929; 21 variant), A. Frans (tunc, 1919; hər ikisi Burdel muzeyi) və s. Arxaikləşən neoklassisizm ruhunda Yelisey Çölü Teatrının barelyeflərini hazırlamışdır (gips, 1912). Burdel həmçinin monumental rəngkar (Yelisey Çölü Teatrının freskaları, 1910–12) və qrafik (J. Klemanso və Q. Floberin kitablarına illüstrasiyalar) kimi də işləmişdir. Sənətkarın neoidelaizm və modern üslublarına yaxın yaradıcılığında neoromantik və neoklassik tendensiyalar birləşmişdir. 19-cu əsrin sonu–20-ci əsrin əvvəllərinin ən görkəmli heykəltəraşı olan Burdelin yaradıcılığı heykəltəraşlığın sonrakı inkişafına mühüm təsir göstərmişdir. Parisdə Qran-Şomyer studiyasında dərs demişdir (1909–1929). A. Cakometti, V.İ. Muxina, İ.D. Şadr Burdelin tələbələri, A. Avqustinçiç, Y.V. Vuçetiç, A. Breker, İ. Meştroviç onun davamçıları olmuşlar.

Qalereyası

Antuan Burdelin 1910-1912-ci illərdəki sənət əsəri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, antuan burdel sözünün mənası, antuan burdel haqqında məlumat. antuan burdel nədir? antuan burdel nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Yukatan boğazı

  • Mart 01, 2026

    Ofeliya Aslan

  • Fevral 23, 2026

    3 aprel

  • Fevral 27, 2026

    Şəmşəddil

  • Fevral 27, 2026

    VB

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst