Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ofeliya Aslan (Əfqanlı Ofeliya Rza qızı; 27 yanvar 1939, Bakı – 18 may 2010, Bakı) — Azərbaycan aktrisası.

Ofeliya Aslan

  • Ana Səhifə
  • Vikipediya
  • Ofeliya Aslan

Ofeliya Aslan (Əfqanlı Ofeliya Rza qızı; 27 yanvar 1939, Bakı – 18 may 2010, Bakı) — Azərbaycan aktrisası.

Ofeliya Aslan
Ofeliya Rza qızı Əfqanlı (Aslan)
Doğum tarixi 27 yanvar 1939
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 18 may 2010 (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Səyavuş Aslan
Uşaqları Eldar Aslan
Çingiz Aslan
Atası Rza Əfqanlı
Anası Bədurə Əfqanlı
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 1956-2010
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
IMDb ID3212948

Mündəricat

Həyatı

Ofeliya Rza qızı Aslan 1939-cu ildə Bakıda doğulub. Məşhur aktyor Səyavuş Aslanla evlənəndən sonra əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə çıxış edirdi.

Ofeliya Aslan kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956–1958), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1958–1961) işləyib. 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xorunda oxuyub. 1965–1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub (qısa fasilələrlə).

Aktirsa Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb (1977–1983). Son illər Ofeliya Aslan Əfqanlı kimi çıxış ediridi.

O, Ofeliya Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R. Hacıyevin "Mama, ya jenyus" əsərində Bibixanım rolunda çıxış edib.

Ofeliya Aslan Azərbaycan televizyasının bir sıra teletamaşalarında yaddaqalan rollar oynayıb.Mozalan Satirik Kinojurnalının bir neçə nömrəsində çəkilib. Aktrisa 54 il teatrda çalışsada heç bir fəxri ad verilməyib.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünəlayiq görülmüşdür.

Səyavuş Aslan və Ofeliya Aslan

18 may 2010-cu ildə 2-illik xəstəlikdən sonra 71 yaşında ürək tutmasından dünyasını dəyişib. Yasamal qəbiristanlığında dəfn olunub.

  • Aktyor Səyavuş Aslanın keçmiş həyat yoldaşıdır.
  • Aktyor Rza Əfqanlının qızıdı

Əsas rolları

Musiqili Komediya Teatrı

  1. Ev bizim, sirr bizim (N. Gəncəli) — Aytən
  2. Durna (S. Rüstəm) — Lalə
  3. Seyindik qız axtarır (Ş. Qurbanov) — Sevər
  4. Olmadı belə oldu belə (Ş. Qurbanov) — Matan
  5. Həyətim mənim həyatım mənim (Cahangir Məmmədov və Əşrəf Abbasov) — Cenni
  6. Həmişəxanım (S. Qədirzadə) — Diləzbər
  7. O olmasın bu olsun (Ü. Hacıbəyli) — Yengə
  8. Arşın mal alan (Ü. Hacıbəyli) — Telli
  9. Məmmədəli kurorta gedir (A. Zeynallı) — Şəfa
  10. Gözün aydın (M. Əlizadə) — Mehparə; Gövhər
  11. Beş manatlıq gəlin (M. S. Ordubadi) — Gülnaz
  12. Toy kimindir? (Məhərrəm Əlizadə və Ağası Məşədibəyov) — Ceyran
  13. Dağlar qoynunda (Ədil İsgəndərov və Əşrəf Abbasov) — Alagöz
  14. Nənəmin şahlıq quşu (Ə. Kürçaylı) — Nazlı
  15. Hicran (S. Rəhman) — Çarlston
  16. Təzə gəlin (Seyfəddin Dağlı və Cahangir Məmmədov) — Çətirgül
  17. Qaçırılmış qız (C. Məmmədov) — Rəxşəndə
  18. Şəngülüm, Şüngülüm, Məngülüm (R. Heydər) — tülkü
  19. Məzəli əhvalat (R. Qasımova) — arvad
  20. Danabaş kəndinin əhvalatları (C. Məmmədquluzadən) — Şərəf
  21. Siravi Seyfullanın xidməti əziyyətləri (S. Qənizadənin "Xor-xor" məzhəkəsi əsasında libretto) — Məryəm
  22. Bankir adaxlı (T. Vəliyeva) — Səmayə
  23. Volqalı canan (Ramiz Mustafayev, Abdulla Qüdrət) — Əntiqə

Filmoqrafiya

  1. Aktrisanın təbəssümü (film, 1974)
  2. Xoşbəxtlik qayğıları (film, 1976)
  3. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv)
  4. Yol əhvalatı (film, 1980)
  5. Evləri köndələn yar (film, 1982)
  6. Sevdagül və Şarlotta (film, 1986)
  7. Ayrılıq imiş (film, 2008)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ofeliya Aslan haqqında məlumat. Ofeliya Aslan nədir? Ofeliya Aslan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məkkə Şərifliyi

  • Mart 01, 2026

    Ofion

  • Mart 01, 2026

    Kimyəvi reaksiyalar

  • Fevral 27, 2026

    Tük

  • Fevral 25, 2026

    Bratislava

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst